17 Yanvar 2021 22:54
1297
DÜNYA
A- A+

Türkiyə dünyada ən çox peyvənd tətbiq edən ilk on ölkədən biridir

 

Türkiyədə yanvarın 14-dən başladılan əhalinin peyvəndlənməsi prosesi davam edir. Bir neçə gün aparılan vaksinasiya ilə Türkiyə bir çox dövləti geridə qoyaraq ən çox peyvənd tətbiq edən ilk on ölkədən biri olub.

AZƏRTAC xəbər verir ki, ölkədə tətbiq olunan həftəsonu qadağalarına baxmayaraq, peyvəndləmə prosesi tam qaydasına uyğun olaraq aparılır. Vaksinasiyanın birinci mərhələsinin ilk etapının, yəni səhiyyə işçilərinin peyvəndlənməsinin yanvarın 24-də başa çatması planlaşdırılır.

Artıq bildirdiyimiz kimi, Türkiyədə əhalinin vaksinasiyası müəyyən plana uyğun aparılır. Əhali arasında yaşı 18-dən aşağı, hamilə və vaksinin tərkibindəki preparatlara qarşı allergiyası olanların peyvəndlənməsi ətrafında müzakirələr aparılır. Hazırda bu qruplara daxil olanlara peyvənd vurulmur. Bundan əlavə, kəskin respirator virus xəstəliyi və ya ağciyər iltihabı ilə üzləşənlərin də xəstəlik sağaldıqdan ən az iki həftə sonra müəyyən müayinələrdən keçərək peyvəndlənməsinə icazə veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video