Turizm sənayesi bərpa dövrünə hazırlaşır
Turizm azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələrindən biri olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yanvarın 15-də keçirilən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2020-ci ildə görülən işlərlə bağlı yekun hesabat tədbirində çıxış edərkən bildirib.
Fuad Nağıyev turizm sənayesinin il ərzində çətin dövrdən keçdiyini bildirib. O, qeyd edib ki, ilin sonunda Ali Baş Komandanın rəhbərliyi, Şanlı Ordumuzun qələbəsi ilə torpaqlarımızın azad edilməsi hər kəsə çətinlikləri unutdurub.
“Bildiyiniz kimi, cənab Prezident son çıxışında azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı və turizm sahəsini qeyd etdi. Cənab Prezidentin vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Bu potensial imkan verir ki, biz oranı Azərbaycanın əsas turizm zonalarından birinə çevirək”, - deyə Fuad Nağıyev bildirib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov öz çıxışında işğaldan azad edilmiş torpaqlarımızda kiçik və orta biznesin və turizm sektorunun inkişafı üçün geniş imkanların mövcud olduğunu, KOBİA olaraq bu ərazilərə yerli və xarici investisiyaların cəlb edilməsi, əlaqələndirilməsinin həyata keçirilməsinə, zəruri dəstəyin verilməsinə və birgə əməkdaşlığa hazır olduqlarını bildirib.
“Qarabağın turizm sektorunun inkişafı üçün birgə çalışmalıyıq. Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Qarabağı turizm destinasiyası kimi təşviq etmək çox vacibdir. Həmin ərazilərdə turizmin dirçəldilməsi üçün ATAA tərəfindən yeni biznes imkanlarının araşdırılması, təkliflərin verilməsi və sahibkarların bu işlərə cəlb edilməsi öz töhfəsini verəcək”, - deyə Orxan Məmmədov əlavə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli turizmin həm postpandemiya, həm də müharibədən sonrakı dövrdə iqtisadiyyatın qeyri-neft sektorunun vacib sahəsi olacağını deyib. O, yeni “Turizm haqqında” qanuna baxılmasının sürətləndirilməsinin önəmini qeyd edib və yeni qanunun Milli Məclisin 2021-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılacağı barədə məlumat verib.
Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid turizm sənayesini postpandemiya dövrünə hazırlamaq üçün həyata keçirilən tədbirlər haqqında danışıb. F. Zenqstşmid həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərin postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə həyata keçirilən rəqəmsallaşdırma proqramının prioritet oduğunu və 2021-ci ildə həyata keçiriləcəyini bildirdib.
“Ümid edirik ki, vaksinləşmənin qlobal olaraq başlaması ilə sərhədlər tezliklə açılacaq. O vaxta qədər 2021-ci ildə əsas diqqətimiz daxili turizm və Qarabağın turizm potensialının inkişaf etdirilməsinə yönələcək. Biz ümid edirik ki, mərhələli şəkildə beynəlxalq səyahətlər yenidən başlayacaq, biz isə yerli sənaye tərəfdaşlarımızın yenidən beynəlxalq platformalarda iştirak edərək Azərbaycanı xaricdə təbliğ etməsi işinə dəstək verəcəyik. Çünki biz ancaq birlikdə gözəl ölkəmizi dünya səyahətçilərinin birinci sırada olan seçimlərindən edə biləcəyik”, - deyə Florian Zenqstşmid bildirib.
Görüşdə ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev qeyd edib ki, sənayenin bərpası üçün dövlət tərəfindən dəstək mexanizmlərinin davam etdirilməsi, eləcə də maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması, subsidiyalar, aşağı faizli kreditlər, vergi güzəştlərinə şərait yaradılması əsas məqamlardan biridir.
O, ölkəyə turistlərin cəlb edilməsi üçün sərnişindaşıma vasitələrinin əlçatanlığının və sərhədkeçmə prosedurlarının asanlaşdırılmasının və bununla bağlı bir sıra institusional məsələlərin həllinin vacibliyini vurğulayıb.
“2021-ci il Azərbaycan turizmində yeni bir təkan olacaq. Bu, turizmin inkişafında həm gəlmə, həm də getmə turizmində böyük bir mərhələnin yaşanmasına imkan verəcək. İlk növbədə, azad olunan Qarabağımızda turizmin böyük bir sürətlə inkişafına inanırıq və bütün dünyadan turistləri qarşılamağa hazırıq”, - deyə Rüfət Hacıyev qeyd edib.
Tədbirin sual-cavab hissəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Dövlət Turizm Agentliyinin aparatının rəhbəri Kənan Qasımov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, İqtisadiyyat Nazirliyinin İqtisadi siyasəti şöbəsinin müdir müavini Bayram Rzayev, KOBİA-nın Biznesin inkişafı departamentinin müdiri Emil Məmmədov və “Azərbaycan Hava Yolları” sərnişin Aviasiya Şirkətinin Direktoru Cəmil Manizadə tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
2019-cu ildən fəaliyyətə başlayan Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Azərbaycanın turizm sənayesində vahid standartın formalaşdırılması, sistemləşdirilməsi və üzvlərin maraqlarının qorunması istiqamətində fəaliyyət göstərir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik
29 Mart
Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada
29 Mart
Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak ...
29 Mart
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
29 Mart
Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB
29 Mart
Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir
29 Mart
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
29 Mart
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!