17 Yanvar 2021 00:16
1105
CƏMİYYƏT
A- A+

Tovuzda “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Cabbarovun xatirəsi ehtiramla yad edilmişdir

 

İkinci Qarabağ savaşında tarixi Zəfərin əldə olunmasında tovuzlu əsgər və zabitlərimiz də yüksək peşəkarlıq və qəhrəmanlıq göstərmişlər. Onların sırasında  canlarından keçərək şəhidlik zirvəsinə yüksələnlər çoxdur. Belə hərbiçilərdən biri də kiçik gizir Orxan Rövşən oğlu Cabbarovdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, eləcə də hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Orxan Cabbarov Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür, Orxan Cabbarov, həmçinin dövlət başçısının 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bu günlər Tovuz rayon rəhbərliyi qəhrəman şəhidin ailəsinə baş çəkmiş, ictimayyət nümayəndələri və ailə üzvləri ilə birlikdə onun dəfn olunduğu qəbiristanlıqda məzarını ziyarət etmişdir. Orxan Cabbarovun əziz xatirəsi ehtiramla yad olunmuş, dualar oxunmuş və məzarüstü abidəsi önünə tər gül dəstələri qoyulmuşdur.

Ziyarətçilər Vətən uğrunda canından keçən qəhrəman Orxan Cabbarovun döyüşlərdə göstərdiyi şücaətdən danışmış, onun keçdiyi şərəfli həyat yolunun hər bir tovuzlu gənc üçün örnək olduğunu qeyd etmişlər.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video