20:04 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
17:20 26.02.2021 Sükut dəqiqəsi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tərtərdə COVID-19 əleyhinə vaksinasiya aparılır

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:25 23.02.2021

 

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda da zəruri tədbirlər görülür.

İlkin mərhələdə səhiyyə işçilərinin və yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiyası həyata keçirilmişdir. Hazırda 50 və ondan yuxarı yaşı olan rayon sakinlərinə vaksinlərin vurulması xüsusi qrafik əsasında davam edir. Onu da qeyd edək ki, bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə rayon ərazisində əvvəldən təbliğat işləri aparılmış, idarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etmələri ilə əlaqədar metodiki xarakterli təlimatlar verilmişdir.

 

Lazım QULİYEV,

Azərbaycan



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM