21:32 06 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tarını silaha dəyişərək Vətən müharibəsində iştirak edən şəhidimiz

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:16 17.01.2021

 

Ağdam rayonunun Qaradağlı kəndindən olan şəhid İsizadə Elvin Azim oğlu musiqiçi idi. Asəf Zeynallı adına musiqi kollecində təhsil alan Elvin sevimli tarını silaha dəyişərək haqq savaşına qoşularaq Vətən müharibəsində iştirak edib. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə sərrast atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirib.

Şəhidin atası Azim Quliyev oğlunun vətənpərvər gənc olduğunu, Vətən müharibəsində böyük ruh yüksəkliyi ilə döyüşdüyünü deyib: “Elvin 2018-ci ildə kollecə qəbul oldu. 2019-cu ildə könüllü olaraq hərbi xidmətə getdi. İstəyirdi ki, hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirsin. Konservatoriyaya da qəbul olmaq istəyirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Böyük ruh yüksəkliyi ilə döyüşürdü. Döyüş yoldaşları onun qorxmaz, cəsur əsgər olduğunu, sərrast atəş açdığını bildirirlər. Deyirdi ata, düşmən qaçır. Tezliklə qələbə qazanacağıq. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu”.

Elvinin arzusu cəbhədən qayıtdıqdan sonra konservatoriyada oxumaq, tar ifaçılığı üzrə tanınmış şəxs olmaq idi. Bütün arzularını, həmçinin canını Vətənə qurban verdi gənc musiqiçi.

Anası Gülbəniz Quliyeva da onun musiqi sahəsi üzrə istedadlı olduğunu deyir: “Elvin uşaqlıqdan hamının sevimlisi idi. Çox ağıllı, tərbiyəli, nümunəvi uşaq olub. Musiqiyə böyük maraq göstərirdi. Tar ifaçılığı üzrə fitri istedada malik idi. Böyük arzuları vardı. Arzuları yarımçıq qaldı. Bizim üçün çox ağırdır, amma onunla fəxr edirik. Ucadan ucadır, zirvədədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Könül Quliyeva qardaşı ilə bağlı şirin xatirələrinin olduğunu deyir: “Məktəbə bir gedib-gələrdik, dərslərimdə həmişə mənə köməklik edirdi. Nə çətinliyim olsa, yanımda olardı. Həmişə bir-birimizlə dərdləşərdik. Sanki dost idik. Şəhid olandan sonra dəfələrlə yuxuma girib, mənə təsəlli verib”.

Şəhid Elvin İsizadə Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarla təltif edilib.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM