25 Fevral 2021 14:04
834
SİYASƏT
A- A+

Tacikistan portalında Xocalı faciəsi ilə bağlı məqalə dərc olunub  

 

Tacikistanın “faraj.tj” portalında Xocalı faciəsi haqqında tacik dilində “Sağalmayan yaralar” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1988-ci ildə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda Ermənistanın başlatdığı münaqişə haqqında danışılır, XX əsrin qanlı faciələrindən olan Xocalı soyqırımı barədə məlumat verilir. Qeyd edilir ki, faciənin törədilməsində Xankəndində məskunlaşan keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının xüsusi rolu olub.

Məqalədə Xocalı faciəsində öldürülən, yaralanan, itkin düşən soydaşlarımız barədə məlumat verilir, bildirilir ki, hələ də 150 insanın, o cümlədən 68 qadın və 26 uşağın taleyi haqqında heç bir məlumat yoxdur.

Materialda Xocalı faciəsini tanıyan dövlətlərin adı çəkilir, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbə barədə məlumat verilir. Bildirilir ki, Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatı nəticəsindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan Azərbaycan torpaqları azad edilib. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video