16:22 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşanın Mamay məhəlləsindəki məscid və bulaq erməni vandalizminə məruz qalıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:02 25.01.2021

 

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Digər qədim məhəllələrdə olduğu kimi, Mamay məhəlləsindəki tarixi-memarlıq nümunəsi olan tikililər də erməni vandalizminə məruz qalıb.

Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Şuşada tarixi keçmişimizi silməyə çalışan ermənilər XIX əsrin yadigarı olan məscidi dağıdıblar.

Mamay məhəlləsindəki bulaq da erməni vandalizminə məruz qalan tikililərdəndir. Vaxtilə bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın hicri tarixi ilə 1318-ci ildə, yəni miladi təqvimi ilə 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılıb. Erməni işğalçıları Şuşa şəhərindəki bir çox abidələr kimi Mamay bulağını da erməniləşdirməyə çalışıblar. Belə ki, bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk ediblər.

Qeyd edək ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”ya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal altında saxladığı ərazilərdə də bu mülkiyyətin formasının dəyişdirilməsinin, bir yerdən başqa yerə köçürülməsinin, oğurlanmasının yolverilməz olduğu qeyd olunur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM