05:20 09 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Süni intellekt sahəsində dünya lideri kimdir?
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
13:38 27.01.2021

 

ABŞ-ın “Information Technology and Innovation Foundation” analitik mərkəzinin mütəxəssisləri süni intellekt mövzusunda tədqiqat aparıblar. Nəticələrə görə, ABŞ süni intellektin hazırlanması və istifadəsi sahələrində aparıcı ölkə olduğu halda Çin bu fərqi sürətlə azaldır, Avropa İttifaqı (Aİ) isə geri qalır.

AZƏRTAC xəbər verir ki, tədqiqatda əsas diqqət süni intellektin altı kateqoriyası üzrə 30 göstəriciyə yönəldilib: istedad, tədqiqat, işləmələr, tətbiq, məlumatlar və avadanlıq. ABŞ yüz ballıq şkala əsasında 44,2 bal toplayıb, Çin 32,3 balla ikinci, Avropa İttifaqı isə 23,5 balla üçüncü yeri tutub.

Məlum olub ki, ABŞ startaplara investisiyalar və tədqiqat və işləmələrin maliyyələşdirilməsi kimi əsas sahələrdə liderdir. Öz növbəsində Çin bir neçə sahədə uğur qazanıb və digər ölkələrlə müqayisədə məhsuldarlığa görə dünyanın 500 ən güclü superkompüteri sırasına daxil olan daha çox superkompüter sayına malikdir. Çində bu göstərici 214, ABŞ-da 113, Aİ-də 91 təşkil edir.

Ekspertlərin sözlərinə görə, Çinin süni intellekt imkanları Aİ və ABŞ-la müqayisədə bir neçə istiqamət üzrə yaxşılaşıb. Birincisi, Çin 2018-ci ildə süni intellekt üzrə 24 min 929 tədqiqat işi dərc edərək Avropa İttifaqını süni intellekt nəşrləri üzrə dünya lideri kimi üstələyib. Aİ-də bu göstərici 20 min 418, ABŞ-da 16 min 233 təşkil edir. İkincisi, süni intellekt sahəsində tədqiqatların keyfiyyəti ümumilikdə ildən-ilə artır. Üçüncüsü, proqram təminatı və kompüter xidmətləri təqdim edən şirkətlər elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərcləri artırıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM