05:27 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sumqayıt Şəhər İcra Hakimiyyəti idarəçiliyinə aid şəhər ərazisində yerləşən körpələr evi və uşaq bağçalarının 2021-ci ilin müvafiq istilik mövsümündə istilik təchizatı üzrə iş və xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:42 23.01.2021

 

Tender 1 (bir) LOT üzrə keçiriləcəkdir.

Tender iştirakçılarına təklif olunur ki, www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına  (Portal) elektron imzaları vasitəsi ilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə  və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını  göstərilən hesaba  köçürdükdən sonra  müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 390  manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.I.F.T  CTREAZ22

Təşkilat:  Sumqayıt  Şəhər İcra Hakimiyyəti

Hesab №: AZ14CTRE00000000000002516631

VÖEN: 2900054881

Büdcə səviyyəsinin kodu  7y

İqtisadi təsnifat 142330

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir;

- tender təklifinin təminatı tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində müəyyənləşdirilir;

- tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır;

- Azərbaycan Respublikasında büdcə, bank, sosial sığorta və vergi öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank  arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi  ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır .

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti  istisna olmaqla)  24 fevral 2021-ci il saat 15:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş  ikiqat zərfdə 04 mart 2021-ci il  saat  17:00-a qədər Portala təqdim etməlidirlər.

İddiaçıların  təklifləri 05 mart  2021-ci il  saat 15:00-da Portalda açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM