25 Fevral 2021 12:48
1596
CƏMİYYƏT
A- A+

Soyuq günlərin isti içkiləri

 

Soyuq havalı günlərdə isti içkilər qəbul etmək çox faydalıdır. Yeməkdən bir müddət sonra qəbul edilən isti içki, o cümlədən çay infarkt, beyin-damar xəstəlikləri riskini azaldır. Xüsusən yaşıl çayda olan antioksidantlar yaddaşsızlığa səbəb olan fermentin aktivləşməsinin qarşısını alır. Lakin qeyd etmək lazımdır ki, yaşıl çayın tərkibində kofein mövcud olduğundan həkimlər gün ərzində iki fincandan artıq içməyi məsləhət görmürlər.

Həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Rasionumuzda xüsusi yer tutan qəhvə antioksidantlarla zəngin olduğu üçün xərçəng riskini azaldır. Araşdırmalar göstərir ki, qəhvə həm də şəkər xəstəliyinin yaranmasının qarşısını alır. Ona görə də gün ərzində iki-üç fincan qəhvə içmək məsləhətdir. Lakin unutmaq olmaz ki, qəhvənin çox qəbul edilməsi yuxu probleminin yaranmasına səbəb olur. Həmçinin qəhvənin tərkibindəki kofestol maddəsi qanda xolesterini yüksəldir”.

Mütəxəssislər bildirirlər ki, qara çay mövsümi soyuqdəymələr zamanı çox faydalıdır. Tərkibi B2, C və E vitaminləri ilə zəngin olan çay qan dövranını yaxşılaşdırır. Bu ətirli içki ürək-damar xəstəliklərinə profilaktik təsir göstərir. Həddindən çox çay içmək yuxusuzluğa, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Həkim-diyetoloq bildirib: “Bol vitamin və minerallarla zəngin olan süd isə həm də zəngin kalsium mənbəyi hesab olunur. Süd yaddaşı gücləndirməklə qanda xolesterinin səviyyəsini azaldır, dişlərin erkən çürüməsinin qarşısını alır. Həmçinin bu içki dərini cavan saxlayır. Araşdırmalar göstərir ki, süd həm də mədə-bağırsaq xəstəliklərinin dərmanıdır. Gün ərzində bir neçə dəfə süd qəbul etmək olar. Sinir toxumalarının inkişafında süd qəbul edilməsinin xüsusi rolu var”.

Beləliklə, isti içkilər soyuq aylarda həm canı isidir, həm də sağlamlığa çox müsbət təsir göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video