19:42 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

SOCAR ilə ODTÜ plastik tullantıların təkrar kimyəvi emalını həyata keçirəcək
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:23 27.01.2021

Məqsəd innovativ texnologiyalar əsasında plastik tullantıları yenidən xammala çevirməklə istifadəyə yararlı hala gətirməkdir

 

Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Turkey”in mütərəqqi, dayanıqlı, ekoloji cəhətdən təmiz məhsul istehsalı və rəqəmsal texnologiyaların inkişafı məqsədilə yaratdığı “SOCAR Turkey Ar-Ge” tədqiqat və inkişaf mərkəzi plastik tullantıların təkrar kimyəvi emalı üçün Yaxın Şərq Texniki Universiteti (ODTÜ) ilə birgə layihəyə başlayır.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “SOCAR Ar-Ge” və ODTÜ əməkdaşları tullantı plastikləri ilkin komponentlərinə çevirərək təkrar və davamlı şəkildə plastik xammal istehsalının istifadəsi istiqamətində tədqiqat aparacaq. Bu layihənin reallaşdırılması nəticəsində bir tərəfdən təbii mənbələri qoruyacaq, digər tərəfdən isə dövri iqtisadiyyata töhfə verəcək baza texnologiyalarının inkişaf etdirilməsi istiqamətində mühüm bir addım atılacaq.

Üç il davam edəcək layihə sayəsində “SOCAR Turkey”in özünəməxsus metod və texnologiyalarını inkişaf etdirmək imkanına da malik olacağını bildirən “SOCAR Ar-Ge” tədqiqat və inkişaf mərkəzinin baş direktoru Bilal Quliyev deyib: “Məqsədimiz, ilk növbədə, yeni texnologiyaları inkişaf etdirməkdir. Layihənin sənaye miqyasında tətbiqinə qərar verildikdən sonra tullantıların idarə edilməsi ilə məşğul olan şirkətlərdən və bu tullantıların alına biləcəyi digər mənbələrdən xammal təminatını planlaşdırırıq. Bu layihə vasitəsilə SOCAR daxilində meydana çıxan tullantıların da istifadəsi mümkün olacaq. Plastik tullantıların təkrar kimyəvi emalı nəticəsində “Petkim”in əsas xammalı sayılan nafta üçün də alternativ bir mənbə yaranacaq. Beləliklə bir tərəfdən ətraf mühitə və iqtisadiyyatın dayanıqlılığına, digər tərəfdən də “SOCAR Turkey”in rəqabətədavamlılığını təmin edəcək yeni iş yerlərinin yaranmasına töhfə verməyi hədəfləyirik”.

Layihə çərçivəsində xaricdə plastik tullantılardan mühərrik yağı əldə edilməsi mövzusunda məqalələri dərc olunan və patent üçün müraciət edilən ODTÜ Kimya Mühəndisliyi fakültəsinin müəllimi Gökhan Çeliklə birlikdə çalışdıqlarını qeyd edən B.Quliyev müvafiq təcrübələrin “SOCAR Ar-Ge” və ODTÜ laboratoriyalarında aparılacağını, layihədə istifadə olunacaq katalizatorların isə ODTÜ-də hazırlanacağını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın himayəsi ilə Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilən Sıfır Tullantı Layihəsini xatırladan B.Quliyev daha sonra deyib: “Sıfır Tullantı Layihəsi israfçılığın qarşısının alınmasını, mənbələrin daha səmərəli istifadəsini, tullantıların miqdarının azaldılmasını, səmərəli toplama sisteminin qurulmasını, tullantıların təkrar emalını əhatə edən və tullantıların qarşısının alınması yanaşması kimi müəyyən olunmuş bir hədəfdir. Bu hədəflər bizim layihəmizin də mahiyyətini təşkil edir. Bu da “SOCAR Turkey”in strategiyasının Türkiyənin hədəflərinə uyğun olması ilə yanaşı, layihənin çox mühüm və vaxtında verilmiş bir qərar olduğunu göstərir”.

“SOCAR Turkey Ar-Ge” tədqiqat və inkişaf mərkəzi ilə Türkiyənin nüfuzlu universitetlərindən biri olan ODTÜ-nün Türkiyədə start verdiyi “təkrar kimyəvi emal” mexaniki proseslərlə davamlı olaraq təkrar emalı mümkün olmayan plastik tullantıların daha bəsit və dəyərli molekullara çevrilməsini hədəfləyən bir texnologiyadır. Təkrar kimyəvi emal prosesinin sonunda əldə ediləcək məhsullar gələcəkdə əsas polimerlərin istehsalında alternativ xammal kimi istifadə oluna biləcək.

Qeyd edək ki, hər il dünyada 380 milyon ton plastik maddə istehsal olunur, bu da ümumilikdə neft və təbii qaz hasilatının təqribən 7 faizinə bərabərdir. Plastik bazarının sürətli inkişafının da təsiri ilə plastik istehsalının 2050-ci ilədək 4 dəfə artacağı və ildə 1,1-1,5 milyard tona çatacağı ehtimal olunur. Araşdırmalara görə, hər il istehsal olunan materialların 75 faizdən çoxu bir dəfə istifadə olunduqdan sonra atılır və bunların böyük əksəriyyətini alçaq sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen və polipropilen kimi poliolefinlər təşkil edir. Plastik tullantıların 9 faizi mexaniki üsullarla təkrar emal olunsa da, mövcud təkrar emal üsulları plastiklərin kimyəvi və enerji dəyərlərinin geri qaytarılmasını təmin etmir və dəyər itkisinə səbəb olur. Tullantı plastiklərin enerji dəyərləri geri qaytarıldığı təqdirdə iqtisadi baxımdan hər il təxminən 3,5 milyard barrel neft ekvivalentində iqtisadi qarşılığının olacağı ehtimal edilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM