Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Salyan Rayon İcra Hakimiyyəti 2021-ci ildə Salyan rayonunda kənd yollarının cari təmirinin satın alınması (yollara çınqıl səpilməsi) məqsədilə açıq tender elan edir
Salyan rayonunda kənd yollarının cari təmirinin satın alınması (yollara çınqıl səpilməsi)
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının analoji işlərdə təcrübəsi, təmir bərpa işləri üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki, maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Portal vasitəsilə ala bilərlər (əlaqələndirici şəxs: Lalayev Mahir İdris oğlu, telefon: 0-21-255-50-23).
İştirak haqqı: 650 manat
Təşkilat: Salyan Rayon İcra Hakimiyyəti 17 saylı Regional Xəzinədarlıq İdarəsi Dövlət Xəzinədarlıq Agentliyi
Hesab AZ41NABZ 01360100000000003944
VÖEN: 1401555071
Kod: 210005
Fond 7Y
Salyan Rayon İcra Hakimiyyəti
Hesab AZ36CTRE 00000000000002513131
VÖEN: 7000028611
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
4. İddiaçının (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir.
4.1 İddiaçının (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
4.2 İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
4.3 İddiaçının (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir);
- Azərbaycan Respublikasında vergilərə və sosial sığorta ödənişlərinə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçının işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış.
İddiaçılar (podratçılar) tenderdə iştirak etmək üçün 1 və 4-cü bəndlərdə göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 fevral 2021-ci il saat 12:00-a qədər Tender komissiyasına dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etməlidirlər.
Tender təklifi və bank zəmanətini isə 20 fevral 2021-ci il saat 12:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaq. İddiaçıların təklifləri 22 fevral 2021-ci il saat 12:00-da elektron Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Tender komissiyası