27 Avqust 2020 18:29
1364
Birinci vitse-prezident
A- A+

Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylovdan


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya
Hörmətli Mehriban Arif qızı.
Rusiyanın TASS informasiya agentliyinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin böyük dövləti fəaliyyət təcrübəniz, fəal ictimai mövqeyiniz və təbiətən Sizə xas olan nəcib keyfiyyətlər Azərbaycan və Rusiya xalqları arasında mədəni və mənəvi əlaqələrin möhkəmləndirilməsinə sanballı töhfə verir.
Sizə xas olan müdrikliyi, intellekti tamamlayan böyük insani qüvvə və ləyaqət ən müxtəlif istiqamətlərdə sivilizasiyalararası dialoqun inkişafına imkan yaradır. Siz öz fəaliyyətinizdə həmişə əxlaq, şəfqət və mənəviyyat kimi sarsılmaz həqiqətlərə əsaslanır, milli ənənələrin qorunub saxlanmasına böyük diqqət yetirirsiniz.

Həyatınızın bu əlamətdar günündə Sizə və yaxınlarınıza tükənməz nikbinlik, harmoniya, sülh, xoş günlər və yeni nailiyyətlər arzu edirəm.

Hörmətlə,


Sergey Mixaylov
Rusiyanın TASS informasiya agentliyinin baş direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video