20:35 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
17:20 26.02.2021 Sükut dəqiqəsi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub
ANA SƏHİFƏ / SİYASƏT
09:34 23.02.2021

 

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Rotterdam şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgi Rotterdamın mərkəzində BAK-ın qərərgahında təşkil olunub. Sərgidə Azərbaycan Respublikasının Niderlanddakı Səfirliyinə məxsus Xocalı soyqırımını əks etdirən fotomateriallar, Rotterdam həftəsonu məktəbinin şagirdləri və Haarlemdəki "Körpə fidanlar" teatrının uşaqları tərəfindən Xocalı soyqırımı ilə bağlı çəkilən rəsmlər, eləcə də Niderlandda yaşayan soydaşlarımız- Vəfa Rüstəmova və Rasim Hüseynovun Xocalı qətlyamını əks etdirən əsərləri sərgidə nümayiş olunur. V. Rüstəmova və R. Hüseynovun qətlyamı əks etdirən əsərləri Niderlandın bir çox sərgi və rəsm qalereyalarında nümayiş etdirilib, sənətkar və ziyarətçilərin diqqətini cəlb edib.

Sərginin açılışında BAK-ın idarə heyətinin üzvləri Xocalı faciəsindən söz açıblar. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Natiqlər qeyd ediblər ki, erməni daşnaklarının 366-cı rus motoatıcı alayı ilə birlikdə törətdikləri vandalizm və genosid aktları heç vaxt unudulmayacaq. Hər bir azərbaycanlı, xüsusilə də xaricdə yaşayan soydaşlarımız Xocalıda mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktının dünya ictimaiyyətinə çatdırılması üçün bütün səylərini səfrəbər etməlidir.

Sərginin açılışında iştirak edən niderlandlılara erməni terrorundan bəhs edən kitablar hədiyyə edilib.

Xocalı soyqırımına həsr edilmiş sərgi iki həftə ziyarətçilərə açıq olacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM