16:55 04 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Reza Deqati: Füzuli və Ağdam şəhərlərindəki kimi dağıntıları dünyanın müharibə olan heç bir yerində görməmişəm
ANA SƏHİFƏ / SİYASƏT
13:26 18.01.2021

 

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, fotojurnalist Reza Deqatinin iştirakı ilə virtual konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Reza Deqati Azərbaycana ilk səfərindən, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana gedəndə, eləcə də Qanlı Yanvar hadisələrini lentə alanda üzləşdiyi çətinliklərdən danışıb. O, həmin dövrdə Azərbaycan xalqının yaşadığı əzablardan, üzləşdiyi ədalətsizliklərdən söz açıb: “90-cı illərdə Azərbaycanda rastlaşdığım köçkünlər mənə deyirdilər ki, bu ədalətsizliyi dünyaya göstər. On il sonra həmin insanlarla yenidən rastlaşanda, onlar eyni sözləri təkrarladılar. Xalq on illərdir eyni ədalətsizliklə üzləşib. Bütün imkanlardan istifadə edib, Azərbaycan reallıqlarını dünyaya çatdırmalıyıq”.

Fotojurnalist Birinci Qarabağ müharibəsi zamanı olduğu şəhərlərə ikinci müharibə vaxtında da getdiyini və gördüyü mənzərələrdən şoka düşdüyün deyib. O, şahidi olduğu mənzərələrin əvvəlki və 30 ildən sonrakı vəziyyətini təsvir edib. Reza Deqati, dünyanın müharibə gedən digər ölkələrinə, şəhərlərinə səfərləri zamanı dağıntıların şahidi olduğunu, lakin Füzuli və Ağdam şəhərlərindəki kimi vəziyyəti heç yerdə görmədiyini diqqətə çatdırıb.

Vurğulayıb ki, düzdür, müharibə gedən yerdə dağıntılar olur, lakin Füzuli və Ağdam şəhərləri ermənilər tərəfindən tamamilə dağıdılıb: “İlk dəfə idi belə mənzərə gördüm. 90-cı illərdə Qarabağdan didərgin salınmış azərbaycanlılar evlərindən heç nə götürə bilmədilər. Ermənilər bu insanların evlərini talan edib, qapıları, pəncərələri söküb satıblar. Füzuli və Ağdamda mənzərə tamamilə fərqlidir. Füzuli şəhərində dağıdılmış divarlar arasında ağaclar bitib. Şəhərə baxanda yalnız ağaclar görünür. Ağdam isə əsl Xirosimadır. Orada yalnız dağıdılmış divarlar görünür. 90-cı illərdə gördüyüm şəhər və kəndlərdən əsər-əlamət qalmayıb.

Fotojurnalist Şuşada Mədəniyyət Evinin ermənilər tərəfindən tamamilə dağıdıldığını, məscidin isə tövləyə çevrildiyini diqqətə çatdırıb. O, Birinci və İkinci Qarabağ müharibələrində çəkdiyi, insanların iztirablarını əks etdirən şəkilləri göstərib.

Reza Deqati, həmçinin Fransa mediasının qərəzliliyindən danışıb, tarazlığa riayət olunmadığını bildirib. O, yerli mətbuat orqanlarına zəng edib Qarabağ müharibəsini işıqlandırmaq üçün getdiyini və onlara da bunu təklif etdiyini desə də, cavab qısa olub: “bizim jurnalistimiz artıq müharibə zonasına gedib”. Fotoqraf həmin jurnalistlərin müharibəni Ermənistan tərəfindən işıqlandırdıqlarını bildirib, müharibədə isə iki tərəfin olduğunu qeyd edib.

Reza Deqati Fransanın TF 1 televiziya kanalının jurnalistini təhqir və kanala hücum edən erməni ekstremist qrupunun 30 ildir ona da hücum etdiyini bildirib: “Fransadakı erməni ekstremist qrupunun üzvləri ölkədə bütün qalereyalara yazıb bildirirlər ki, Rezanın fotolarından ibarət sərgi təşkil etsəniz qalereyanızı dağıdacağıq. İnsan hüquqları ölkəsi olan Fransada 30 ildir ki, erməni ekstremist qrupu mənə hücum edir, fotosərgilərimə mane olurlar”.

Məşhur fotoqraf vurğulayıb ki, Ermənistanın Bərdədə dinc əhalini kasetli bombalarla hədəfə almasını bütün dünya bilməlidir. O, həmçinin Qarabağdan çəkdiyi şəkillərlə bağlı çoxsaylı layihələri olduğunu da diqqətə çatdırıb.

Reza Deqati konfrans iştirakçılarının suallarını cavablandırıb, Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün belə tədbirlərin tez-tez təşkilinin vacibliyini qeyd edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM