23:58 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Respublika üzrə mövsümi qripə qarşı paylanılan peyvəndlərin 80 faizi artıq istifadə edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:25 24.11.2020

Oktyabrın 12-dən etibarən Azərbaycanda mövsümi qripə qarşı tətbiq edilən peyvənd kampaniyası artıq yekunlaşmaq üzrədir. Ölkəyə gətirilmiş peyvəndlərin çox hissəsi əhalinin vaksinasiyasında istifadə olunub.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mövsümi qripə qarşı peyvənd əhali tərəfindən çox yaxşı mənimsənilir və qəbul olunur: "Qrip peyvəndi nəzərdə tutulan məqsədli qrupdan - tibb işçiləri, hamilə qadınlar, xroniki tənəffüs problemi olan 6 aydan yuxarı uşaqlar və böyüklərdən əlavə, digər vətəndaşlar da vaksinasiya üçün yerli ambulator müəssisələrə müraciət edirlər. Peyvəndləşmə işi uğurla davam etdirilir. Hamilələr arasında peyvənd olunmaq müraciət edənlərin sayı az deyil. Respublika üzrə, yəni paytaxt və rayonlara paylanılan peyvəndlərin 80 faizi artıq istifadə edilib. Peyvəndlər dövlət tibb müəssisələrində tam pulsuzdur, könüllüdür. Hazırda peyvənd kampaniyasında istifadə olunan və ölkəyə gətirilən peyvənd həm effektiv, həm də keyfiyyətlidir. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi peyvəndlər siyahısındadır".


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM