23:53 02 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verib

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:50 22.01.2021

 

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) müxtəlif sahələr üzrə təkliflər təqdim etmək imkanı yaradan www.teklifimvar.az portalını istifadəyə verib.

RİİB-dən AZƏRTAC-a bildiriblər ki, portal əhalini ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəal iştiraka təşviq etməklə yanaşı, ictimai nəzarətin gücləndirilməsinə töhfə məqsədi daşıyır.

İnternet resursunda qeydiyyatdan keçən istifadəçilərin təklifləri araşdırıldıqdan və seçildikdən sonra onların reallaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər həyata keçiriləcək. Nəticələrə dair məlumatlar portalda yerləşdiriləcək və bununla da ictimaiyyətin prosesi izləməsi mümkün olacaq. Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, əhalinin müxtəlif müraciətlərinin araşdırılması, onların aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində həlli, eləcə də elm, təhsil, səhiyyə, sosial, ekologiya, turizm, idman və digər sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM