00:25 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qobustanda kənd məktəbi üçün yeni bina tikilir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:18 14.01.2021

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına Qobustan rayonunun ən iri yaşayış məntəqələrindən olan Sündü kəndində Ş.Şikarov adına tam orta məktəb üçün yeni bina inşa edilir.

AZƏRTAC xəbər verir ki, tədris ocağı üçün tikilən yeni bina ikimərtəbəli, 360 şagirdlikdir. Müasir arxitektura üslubunda inşa edilən məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılacaq.

Artıq binada hörgü işləri başa çatıb. Hazırda binanın daxilində suvarma və rəngləmə işləri aparılır, dam örtüyü, döşəmə və tavan vurulur. Məktəb ərazisinin hasarında hörgü və suvaq işləri də başa çatmaq üzrədir.

Tədris ocağının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM