16:25 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qırğızıstanın yeni seçilmiş Prezidentinin andiçmə mərasimi keçirilib
 
ANA SƏHİFƏ / DÜNYA
12:21 28.01.2021

 

Yanvarın 28-də Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında yeni seçilmiş Prezident Sadır Japarovun andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə ölkə parlamenti-Joqorku Keneşin deputatları, hökumətin üzvləri, sabiq prezidentlər, keçmiş parlament sədrləri və baş nazirlər, Qırğızıstandakı dini konfessiyaların rəhbərləri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların, ictimaiyyətin nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, yerli, xarici jurnalistlər iştirak ediblər. Ümumiyyətlə mərasimə 1000-dən çox qonaq qatılıb.

Sadır Japarov təntənəli surətdə Vətənə və xalqa sədaqət andı içib və rəsmi olaraq Prezident kimi fəaliyyətə başlayıb.

Sonra Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova Sadır Japarova Prezident vəsiqəsini, döş nişanını və ştandartı təqdim edib.

Xatırladırıq ki, Qırğızıstanda prezident seçkiləri yanvarın 10-da keçirilib və Sadır Japarov seçicilərin 79,2 faizinin səsini qazanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM