19:02 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
17:20 26.02.2021 Sükut dəqiqəsi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qazaxıstanın dövlət televiziyası Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən reportaj yayımlayıb
ANA SƏHİFƏ / SİYASƏT
08:32 23.02.2021

 

“Qazaqstan TV” kanalı Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə ölkəmizə səfər edən jurnalist Azat Rıstanbek reportajda işğaldan azad olunmuş Azərbaycan torpaqlarında qanunsuz olaraq məskunlaşmış erməni əhalisinin Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər və Şuşada vandalizm aktları törədərək tərk etmələrindən bəhs olunub.

Həmçinin Rusiya sülhməramlılarını Dağlıq Qarabağda yerləşdirilməsi və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılmasından danışılıb.

Qeyd edilib ki, uzun illər işğal altında saxlanılmış kəndləri boşaldan zaman erməni hərbi birləşmələrinin basdırdığı minaların təmizləmə işlərinə başlanılıb.

Müəllif Vətən mühaibəsində qəhrəmanlıq göstərən şəhidlərin ailələri ilə də görüşüb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM