22 Dekabr 2017 05:12
139
CƏMİYYƏT
A- A+

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 81 yeni mənzil verilib

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər görür.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə növbəti tədbir kimi, Bakıda yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 81 ədəd mənzil Qarabağ müharibəsi və şəhid ailələrinin istifadəsinə verilib. Yeni mənzil alanlardan 4-ü Azərbaycanın Milli qəhrəmanlarının ailələridir.

Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxış edərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, habelə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması dövlət başçısının sosial inkişaf kursunun əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni fərdi yaşayış evləri inşa etdirərək və hazır yaşayış binalarından mənzillər alıb təmir etdirməklə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verir. Təkcə bu ay nazirlik həmin təbəqəyə məxsus 100 nəfəri mənzillə təmin edib. Ümumilikdə, 2014-2017-ci illərdə 1350 Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi mənzillə təqdim olunub. İndiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı isə 6,1 mini ötüb.

Tədbirdə ayrı-ayrı ictimai birliklərin rəhbərləri ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin, ölkəmizin müdafiəsi naminə döyüşlərdə şəhid olmuş Vətən övladlarının ailələrinin, həmin döyüşlərdə əlil olanların diqqət və qayğı ilə əhatə olunmasının, o cümlədən yeni mənzillər verilməsinin cəmiyyətdə rəğbətlə qarşılandığını vurğulayıblar.

Yeni mənzil alan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində həyatlarına rahatlıq gətirən mənzillərin ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olanlara və həmin döyüşlər zamanı şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinə yüksək dövlət qayğısının ifadəsi olduğunu söyləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video