00:10 14 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qalaktikanın ən böyük 3D kataloqu yaradıldı

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:21 28.02.2021

 

Amerikalı astronomlar səmanın dörddəüçünü əhatə edən ulduzların, qalaktikaların, kvazarların üçölçülü astronomik təsvirinin mükəmməl kataloqunu yaradıblar. Bu barədə məlumat Havay Universitetinin saytında yer alıb.

Havay Universiteti Astronomiya İnstitutunun alimləri Mauna-Kea vulkanında yerləşdirilmiş Pan-STARRS teleskopunun məlumatlarından istifadə ediblər. Bu sistem üçün bütöv səmanın dörddəüç hissəsi və ya 30 min kvadrat dərəcə əlçatandır.

Məlumatların təhlilində yeni hesablama alətlərini tətbiq edən astronomlar müəyyənləşdiriblər ki, Pan-STARRS-ın qeydə aldığı 3 milyard obyektdən hansı ulduz, hansı qalaktika və ya kvazardır. Proqram qalaktikalara qədər olan məsafəni də hesablayıb. Nəticədə müəlliflər dünyada ən böyük - ölçüsü 300 Giqabayt olan çoxrəngli optik üçölçülü kataloqu tərtib ediblər.

Astronomlar ümumi əlçatan olan, obyekt və məsafələrin dəqiq təsnifatını verən spektroskopik ölçünü götürərək onları süni intellekt alqoritminə ötürüblər. Belə yanaşma qalaktika üçün 98,1, ulduzlar üçün 97,8 və kvazarlar üçün 96,6 faiz dəqiqliklə təsnifat aparmağa imkan yaradıb.

Tədqiqatçıların fikrincə, qalaktikaya qədər məsafənin qiymətləndirilməsində səhvə yol verilməsi üç faizdir. Süni intellektin köməyi olmadan obyektləri ölçüsünə və rənginə görə müəyyənləşdirmək mümkün olmazdı.

İndiyədək kainatın ən böyük xəritəsi Sloan Rəqəmsal Səma Araşdırması (SDSS) olub ki, bu da səmanın üçdəbirini əhatə edib. Yeni kataloqda müşahidə ərazisi iki dəfə genişləndirilib, habelə bir sıra məlumatlar dəqiqləşdirilib. Ümumilikdə kataloqda 2 milyard 902 milyon 54 min 648 obyekt haqqında məlumat və onların əsas parametrləri toplanıb. Tədqiqat müəlliflərinin fikrincə, bu kataloq gələcək kəşflər üçün başlanğıc nöqtəsi də ola bilər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM