23:31 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pravoslav kafedral kilsəsinin keşişi: Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:46 29.11.2020

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür edirəm. Prezident İlham Əliyev atası Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, işğal altında olan torpaqları azad etdi. Ən əsası, 30 il köçkün həyatı yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar. Həmin insanların doğulduqları yerlərə, öz doğma evlərinə qayıdarkən necə gözəl hisslər keçirəcəyini təsəvvür edə bilmirəm.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən "Müqəddəs Jen-Mironosits” kafedral kilsəsinin nümayəndəsi, protoiyerey Sergey Ferştant deyib.

Erməni vandallarının Azərbaycanın işğal olunmuş şəhərlərindəki məscidləri dağıtdığını, təhqir etdiklərini deyən protoiyerey bildirib: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil. Həmin insan nə Allaha, nə də şeytana inanır. O, yalnız dağıdır. Başa düşmür ki, buna görə sabah Allah onu cəzalandıracaq”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM