09:57 07 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


00:40 07.03.2021

Yel çərşənbəsi


00:40 07.03.2021

Üçüncü çərşənbə


00:40 07.03.2021

Novruzun topları


00:39 07.03.2021

Baharın ilk müjdəçiləri


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:20 28.11.2020

Gələcəkdə Azərbaycan və Ukrayna arasında məhsulların ixracını və idxalını artırmağa hazırıq, xüsusilə Poltava bölgəsinin qoşula biləcəyi investisiya layihələrinin siyahısını təqdim edə bilərik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Poltava vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbovla görüşdə deyib.

Azərbaycan iqtisadiyyatının 85 faizinin özəl sektorda cəmləşdiyini deyən səfir vurğulayıb ki, şirkətlərimiz Poltavanın təbii qaz istehsalı, kənd təsərrüfatı və şəhərsalma sahələrində iştirakda maraqlıdır.

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə xarici investorların fəaliyyəti üçün şəffaf mühit yaradılıb. Ukrayna şirkətləri Azərbaycanın erməni işğalından azad edilən ərazilərinin yenidən qurulmasında fəal iştirak edə bilərlər. Azərbaycan dövləti artıq həmin ərazilərin yenidən qurulması və inkişaf etdirilməsi üçün dövlət proqramı hazırlayır”, - deyə E.Axundova əlavə edib.

Qubernator O.Sinequbov isə öz növbəsində bildirib ki, hər iki ölkənin iqtisadiyyatı bir-birinə bənzəyir və Azərbaycan-Ukrayna arasında əməkdaşlıq inkişaf edir.

"Azərbaycan Poltava bölgəsinin ən böyük tərəfdaşlarından biridir. Bölgədə yeni sənaye sahələrinin daha da inkişaf etdirilməsi və yerləşdirilməsi, kənd təsərrüfatı, sənaye və qaz istehsalı sahəsindəki əməkdaşlıqda maraqlıyıq”, - deyə o bildirib.

Görüşdə tərəflər, həmçinin təhsil və turizmin inkişafı sahələrində gələcək əməkdaşlığı müzakirə ediblər.

Daha sonra səfir E.Axundova Poltava sahibkarları ilə görüş keçirib. O bildirib ki, Ukrayna və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün bütün mümkün variantlar nəzərdən keçirilir. Bu görüşdə də şirkətlərin təklifləri dinləniləcək və Azərbaycanın İqtisadiyyat Nazirliyinə təqdim ediləcək. Müzakirələr zamanı tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM