17 Yanvar 2021 00:23
718
İQTİSADİYYAT
A- A+

Polad qollar Qarabağa uzanır

 

44 günlük Vətən müharibəsi zəfərlə başa çatmış, Ermənistan ordusu darmadağın edilmiş, düşmən üzərində parlaq qələbə qazanılmış, Qarabağın 30 illik işğalına son qoyulmuşdur.

Zəfərdən sonra yeni tarixi mərhələyə qədəm qoymuşuq. Bu mərhələdə faşist xislətli düşmənlərimizin odlara qalayıb viran qoyduğu, daş üstə daş qoymayan Qarabağımızın başdan-başa yenidən qurulması nəzərdə tutulur. Genişmiqyaslı tikinti-quruculuq işlərinin konkret parametrləri, həyata keçiriləcək infrastruktur layihələri artıq məlumdur. Hansı ərazilərdə hansı işlərin görüləcəyi də müəyyən edilib.

Yeni layihələrdən biri də Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən inşa olunmasıdır. Məlumdur ki, hələ sovet dönəmində Bakı-Xankəndi dəmir yolu fəaliyyət göstərirdi. Bütün Qarabağı xaraba qoyan ermənilər bu dəmir yolu xəttini də dağıtdılar, polad relsləri söküb satdılar.

Böyük ümidlər, qurub-yaratmaq həvəsi ilə qədəm qoyduğumuz yeni mərhələdə Bərdə-Ağdam dəmir yolu xəttinin bərpasının xüsusi əhəmiyyəti var. Böyük inşaat meydanına çevriləcək Qarabağa iri həcmdə inşaat materiallarının daşınmasında dəmir yolunun rolu əvəzedilməz olacaq. Artıq inşaat işlərinə başlanılmışdır. İşlər yekunlaşdıqdan sonra vətənimizin bir parçası olan Qarabağa uzanan polad qollar yaralı yurdumuzun yenidən dirçəlib abad bir diyara çevrilməsinə güclü stimul verəcək, quruculuq prosesini sürətləndirəcək.

 

Lazım QULİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video