17:09 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır
ANA SƏHİFƏ / SƏHIYYƏ
11:32 25.01.2021

 

Artıq bir neçə gündür ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Vaksinasiyadan əvvəl və sonra, həmçinin sonrakı günlərdə qida rasionu hər kəsi maraqlandıran məsələlərdən biridir.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə deyib: “Əvvəla, bu məsləhətləri nəinki vaksinasiyaya hazırlaşan və vaksinasiya olunan, eləcə də sağlam olanlara da məsləhət görürük. İlk növbədə çoxlu meyvə-tərəvəz və zülallı qidalar- yumurta, balıq, toyuq əti və qırmızı ət qəbul etmək lazımdır. Məsələ burasındadır ki, immun hüceyrələri zülal mənşəlidir və zülal defisiti olduqda virus və mikroblara qarşı müqavimət zəifləyir. Ona görə də zülallı, proteinli qidalara üstünlük vermək, nisbətən az yağlar, ən az isə karbohidratların qəbul olunması məsləhət görülür”.

Onun dediyinə görə, insan orqanizmi hər zaman immun sistemini möhkəmləndirən zülal və vitaminlərlə zəngin olmalıdır. Peyvənd vurulduqdan sonra da orqanizmdə vitamin balansını, xüsusilə də D vitaminini qorumaq çox böyük əhəmiyyət daşıyır.

“Vaksinasiyaya hazırlaşanlarda xüsusi növ allergiyası və yüksək hərarəti yoxdursa, COVID-19-un aktiv dövrü deyilsə, rahat şəkildə peyvənd etdirə bilərlər. COVID-19-a yoluxub sağalanlar orqanizmdə D vitaminin miqdarını yüksək səviyyədə saxlamağa çalışmalıdırlar, çünki ilin bu fəsli günəşli günlərin sayı az olduğuna görə onu xaricdən qəbul etməlidirlər. Həmin vitaminlər həm də antioksidantlardır. Sink və D vitamini koronavirus zamanı müqavimətin artırılması üçün vacib elementlər hesab olunur”, -deyə həkim-diyetoloq əlavə edib.

Pandemiya halını alan COVID-19 virusu ilə mübarizə nə qədər çətin olsa da, xəstəliyə tam qalib gəlməyin yeganə yolu peyvənd olunmaq, orqanizmdə güclü immunitet sistemi yaratmaq və gigiyenik qaydalara əməl etməkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM