08 Yanvar 2019 14:50
3956
Turizm
A- A+

Ötən il Kiş alban məbədinə dünyanın 72 ölkəsindən turist gəlib



2018-ci ildə Şəkinin Kiş kəndində yerləşən qədim alban məbədini 27 min 208 turist ziyarət edib. Turistlərin sayı əvvəlki illə müqayisədə 11 min nəfərdən çox artıb. Məbədə gələnlərin 924 nəfəri rəsmi qonaqlar olub. İl ərzində Kiş məbədinə dünyanın 72 ölkəsindən turist gəlib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova məlumat verib.

Direktorun bildirdiyinə görə, ötən il məbədi ziyarət edənlərin 14 min 234-ü xarici turistlər olub. 2017-ci ildə isə Kiş Tarix -Memarlıq Qoruğunu 7 min 196 xarici turist ziyarət etmişdi.

İlhamə Hüseynova vurğulayıb ki, 2018-ci ildə Kiş alban məbədini ziyarət edən xarici turistlər arasında İsraildən gələnlər üstünlük təşkil edib – 3020 nəfər. Bundan əlavə, ötən il Kiş məbədini Rusiyadan 1900, Cənubi Koreyadan 1255, Almaniyadan 848, Səudiyyə Ərəbistanından 782, İtaliyadan 640, Çin Xalq Respublikasından 582 nəfər ziyarət edib. İl ərzində Fransa, ABŞ və İspaniyadan da Kiş məbədinə xeyli sayda turist gəlib.

Qoruğun direktoru bildirib ki, Prezident İlham Əliyevin 2017-ci il 27 sentyabr tarixli Sərəncamının icrası olaraq, Kiş məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və ərazinin abadlaşdırılması istiqamətində işlər hələlik tamamlanmayıb. Layihə çərçivəsində indiyədək məbədə gedən yolun bəzi hissələrində genişlənmə işləri aparılıb, yolun kənarında olan uçuq hasarlar yeni daş hörgü ilə təzələnib. Görülən işlər məbədə gələn turistlərin sayının artmasına da öz təsirini göstərib.

Xatırladaq ki, eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə "Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü də qoyulub.

Kiş məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video