23:41 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:58 27.01.2021

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Vətən müharibəsində iştirak etmiş qazilər David Sadiyev və Ömər Mirzəxanovla görüş keçirib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Ombudsman Aparatında keçirilmiş görüşdə ABŞ-ın "Vaad L'hatzolas Nichei Yisroel" Beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktor müavini, Bakı gürcü yəhudiləri dini icmasının sədri, görüşdə iştirak edən qazilərin də təhsil aldığı 46 nömrəli tam orta məktəbin yəhudi bölməsinin direktoru Rav Zamir İsayev də iştirak edib.

Səbinə Əliyeva qaziləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər münasibətilə təbrik edib, onlara minnətdarlığını ifadə edib. Ombudsman Azərbaycanda mövcud olan bərabərlik və tolerantlıq mühitinə diqqət çəkib, ərazi bütövlüyümüzün təmin olunması uğrunda dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin dəstək göstərdiyini vurğulayıb.

Görüş zamanı ombudsman qazilərin qayğıları ilə maraqlanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM