15:47 04 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Misir portalında 20 Yanvar faciəsi haqqında məqalə yayılıb 
ANA SƏHİFƏ / SİYASƏT
13:28 18.01.2021

 

Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin 20 Yanvar faciəsindən bəhs edən məqaləsi yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı ilin 20 yanvar hadisələri barədə ətraflı məlumat verilib, həmin tarixin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu qeyd olunub. Vurğulanıb ki, sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etməsi nəticəsində həmin il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda 140-dan çox insan qətlə yetirilib, 700-dən artıq dinc sakin yaralanıb.

Səfir diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanatla çıxış edib. O, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.

Məqalədə həmin ağır illərdə işğalçı Ermənistanın da Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyü, sonradan torpaqların 20 faizini işğal etdiyi, ötən il isə 44 günlük müharibədən sonra böyük iradə nümayiş etdirən Azərbaycanın siyasi rəhbərliyi və Ordumuzun ərazilərimizi azad etdiyi diqqətə çatdırılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM