00:41 14 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
 
ANA SƏHİFƏ / PARLAMENT
19:00 26.02.2021

 

Fevralın 26-da parlamentin inzibati binasının foyesində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə “YARAT” Müasir İncəsənət Mərkəzinin rəssamı, Belçika Kral İncəsənət Akademiyasının məzunu Ramal Kazımın Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Filarmoniyasının kvartetinin müşayiəti ilə keçirilən sərgidə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədrin müavinləri Fəzail İbrahimli, Adil Əliyev, parlamentin komitə sədrləri, komitə sədrlərinin müavinləri, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, Aparat rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Sərgidə nümayiş etdirilən əsərlər barədə məlumat verən ekspressionist rəssam Ramal Kazım bildirib ki, sərgiyə Xocalı soyqırımı silsiləsinə aid əsərlər, həmçinin “Dağılmış yuvalar”, “İçi boş insan”, “Etiraz”, “Zori Balayanın surəti”, “Ümid” əsərləri daxildir. Qeyd olunub ki, bu əsərlər Xocalı soyqırımını dünyaya çatdırmaq üçün İstanbulda Milli Saraylar Muzeyində “Gözü yaşlı Xocalı” və Belçikanın Kral İncəsənət Muzeyində “Xocalıya ədalət!” adları altında nümayiş olunub.

Bildirilib ki, bu rəsm əsərləri soyqırıma məruz qalmış insanların yaşantılarını, psixoloji vəziyyətini ekspressionist üslubda, sənətin dili ilə göstərmək məqsədi daşıyır. “Ümid” əsəri isə hər faciədə bir ümidin olduğuna işarədir və son dövrlərdə yaşadığımız hadisələr, torpaqlarımızın düşmən tapdağından azad edilməsi bizi bu istəyimizə qovuşdurdu.

Sərgi ilə tanış olan Milli Məclisin sədri Sahibə Qafarova Xocalı faciəsinin incəsənətin dili ilə bu cür uğurlu təsvirinə görə rəssam Ramal Kazıma təşəkkürünü bildirib. Qeyd edib ki, belə bir sərgiyə baxmaq həqiqətən çox təsirlidir. Spiker gənc rəssama bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM