17:26 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:58 19.01.2021

 

Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi və Qarabağ müharibəsindən sonra yaranan problemlərlə əlaqədar ölkənin qan ehtiyatlarında müəyyən azalma baş verib. Buna görə müxtəlif vaxtlarda səhiyyə təşkilatları tərəfindən qanvermə ilə bağlı çağırışlar edilib. Çünki qan ehtiyatlarının azalması, xüsusilə qana ehtiyacı olan xəstələrin səhhətində çox ciddi problemlər yaradır, onların sağlamlığını risk altında qoyur.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ayrı-ayrı vaxtlarda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən qanvermə aksiyaları kimi nəcib təşəbbüsə bu gün Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev və komitənin üzvü Şahin Seyidzadə də qoşulublar. Komitə tərəfindən “Yaşatmaq yaşamaq qədər gözəldir” şüarı altında növbəti dəfə qanvermə aksiyası təşkil edilib. Mərkəzi Qan Bankında baş tutan aksiyada təxminən 200-ə yaxın idmançı və gənc iştirak edib. Tədbir zamanı bütün tibbi-profilaktiki tədbirlər nəzərə alınıb, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrində nəzərdə tutulan şərtlərə əməl olunub.

Aksiyada iştirak edən vitse-spiker Adil Əliyev qana ehtiyacı olan xəstələr, müharibədə zədə alan yaralı və qazilərimiz üçün bu tədbirin keçirilməsinin zəruri olduğunu bildirib. O, aksiyanın keçirilməsi üçün məhz bu günün – yanvarın 19-nun seçilməsinin təsadüfi olmadığını vurğulayıb. Çünki, sabah bütün xalqımız – qanlı 20 Yanvar hadisəsində şəhid olan insanların 31-ci anım gününü qeyd edəcək. Adil Əliyev 20 Yanvar şəhidləri ilə yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçən bütün insanlara Allahdan rəhmət diləyib. Milli Məclis sədrinin müavini dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq hər kəsi qanvermə aksiyasında iştirak etməyə çağırıb, aksiya zamanı mövcud karantin qaydalarına riayət etməyi, qan vermək istəyən şəxslərin Qan bankının ölkəmizin müxtəlif regionlarında yerləşən bölmələrinə müraciət etməsini tövsiyə edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM