28 Fevral 2021 00:36
1431
Təhsil
A- A+

Məktəblərdə sanitar-gigiyenik qaydalara riayət olunmasına ciddi nəzarət var

 

Abşeronda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Rayonda yaradılmış operativ qərargahın üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə Xırdalan şəhəri də daxil olmaqla kənd və qəsəbələrdə reydlər təşkil olunur, əhali arasında maarifləndirmə işləri aparılır.

Hələ ötən ayın sonlarında rayon ərazisində fəaliyyət göstərən məktəblərdə monitorinqlər keçirilib. Bunacan məktəblərdə kiçik təmir-bərpa işləri aparılmış, sinif otaqları səliqəyə salınmış, partalar ara məsafəsinə uyğun olaraq düzülmüş, dezinfeksiya və deratizasiya işləri aparılmışdır. Həmçinin məktəblərin istilik sistemi yoxlanılmış, elektrik və su xətlərində olan kiçik nasazlıqlar aradan qaldırılmış, ara məsafəni saxlamaq üçün yerdə xətlər çəkilmiş, hər sinfə ayrıca əltəmizləyici məhlul verilmişdir.

Məlumat üçün bildirək ki, rayonun 40 təhsil müəssisəsində 67 min şagirddən ilkin mərhələdə 29 mini əyani təhsilə cəlb edilib.

 

Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video