04:05 09 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Meksika qəzeti: “Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməlidir”
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:49 27.01.2021

 

Meksikanın nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun “Azərbaycan və sülh” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, həmin qəzetdə fransız əsilli meksikalı jurnalistin Azərbaycan və Türkiyə haqqında qərəzli yazısına cavab olaraq hazırlanmış məqalədə M.Talıbov Qarabağın Azərbaycan xanlıqları, bu bölgənin tarixən Azərbaycanın tərkibində olması, XIX əsrdə ermənilərin həmin ərazilərə köçürülməsi, Zəngəzur bölgəsinin sovet rəhbərliyi tərəfindən Ermənistana bağışlanması, erməni təcavüzünün tarixi, münaqişə ərzində Ermənistan tərəfinin törətdiyi insanlıq əleyhinə cinayətlər və münaqişənin beynəlxalq hüquqi aspektləri barədə məlumat verib.

BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə əlaqədar qəbul edilmiş qətnamələrə son 30 ilə ərzində Ermənistan tərəfindən məhəl qoyulmadığını deyən səfir bu sənədlərin növbəti erməni təxribatı nəticəsində başlanmış 44 günlük müharibə zamanı hərbi-siyasi yolla öz icrasını tapdığını, azad olunmuş şəhərlərimizin işğalçılar tərəfindən dağıdıldığını və burada ölkəmizə aid tarixi-mədəni irsin məhv edildiyini bildirib.

Qondarma “erməni soyqırımı” ilə Holokost arasında paralellərin aparılması, habelə İsrailin Azərbaycana yardım etməsi ilə bağlı arqumentlərə münasibətdə diplomat Azərbaycanın İsrail dövləti və yəhudi xalqı ilə yaxın münasibətlərinin olduğunu, ölkəmizin ümumiyyətlə bütün dünyada çoxmədəniyyətlilik məkanı kimi tanındığını, burada yəhudi, erməni, gürcü, rus və 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik xalqların nümayəndələrinin əsrlərboyu sülh içində birgə yaşadığını, Roma papası Fransiskin ölkəmizə səfəri zamanı Azərbaycanı tolerantlıq modeli adlandırdığını qeyd edib. Diplomat erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovun Bakıda abidəsinin ucaldılması ilə Holokostun birbaşa iştirakçısı olmuş, nasistlərlə əməkdaşlıq edən Qaregin Njdeyə Ermənistan paytaxtında heykəl qoyulması arasında ziddiyyətə diqqət çəkib.

Bildirilib ki, Türkiyə, Pakistan, İsrail, Ukrayna və digər ölkələr Qarabağ münaqişəsində beynəlxalq hüququ və beləliklə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Sonda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 11 yanvar bəyanatının bölgədə kommunikasiya və nəqliyyat infrastrukturunun bərpasını nəzərdə tutduğu, iki ölkə arasında davamlı sülhün yaradılmasının regionun bütün xalqlarına fayda gətirəcəyi bildirilib. Bunun üçün Ermənistanın qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməsinin, bu ölkənin dostlarının rəsmi Yerevanı daha da qızışdırmaq əvəzinə, onu barışığa səsləməsinin vacibliyi diqqətə çatdırılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM