06 Yanvar 2021 20:03
847
Təhsil
A- A+

Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, memorandumu Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev və Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi imzalayıblar.

Memorandum çərçivəsində Azərbaycan vətəndaşları Macarıstanda kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi, təbiət elmləri və davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları və texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri ixtisas istiqamətləri ilə yanaşı, həm də tibb elmləri və beynəlxalq münasibətlər sahələri üzrə təqaüdlü təhsil ala biləcəklər. Eyni zamanda, azərbaycanlı gənclər “one-tier” magistr proqramı (bakalavriat və magistratura birgə) təhsil səviyyəsi üzrə də bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.

Həmçinin ilk dəfə Azərbaycan tərəfi Macarıstan vətəndaşları üçün 10 təqaüd yeri təqdim edəcək. Onlar bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanacaqlar.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi Macarıstanın İnsan Resursları Nazirliyi ilə təhsil sahəsində sıx əməkdaşlıq edir. Bu günədək 2015-2017-ci və 2018-2020-ci illər üzrə Azərbaycan vətəndaşlarının Macarıstanda təqaüdlü təhsili ilə bağlı iki iş proqramı həyata keçirilib. Hər iki proqram üzrə ümumilikdə 1000-ə yaxın Azərbaycan vətəndaşı Macarıstanın “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Szeged”, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” kimi aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün ehtiyac duyulan ixtisas istiqamətləri üzrə təhsil alıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video