23:14 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Lüksemburq - Azərbaycan: Mətbuat konfransları və açıq məşqlərin vaxtı dəqiqləşib
ANA SƏHİFƏ / İDMAN
12:06 16.11.2020
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 17-də, saat 23:45-də "Josy Barthel” stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu ərəfəsində hər iki komanda üçün mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandası yerli vaxtla noyabrın 16-da saat 17:30-da mətbuat konfransı, saat 18:00-da məşq (ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq) keçirəcək.

Lüksemburq milli komandasının mətbuat konfransı isə noyabrın 16-da saat 15:00-da, məşqi saat 19:00-da (ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq) nəzərdə tutulub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM