15 Yanvar 2021 19:15
740
DÜNYA
A- A+

Koronavirusa qarşı peyvənddən sonra Avropada onlarla insan  vəfat edib


Norveçdə koronavirus peyvəndindən sonra 23 nəfər dünyasını dəyişib. Bu barədə ölkənin  Dərman Preparatları Agentliyi məlumat verir.
Bütün ölənlərə ABS-ın Pfizer və Almaniyanın BioNTech şirkətlərinin hazırladığı  vaksin vurulmuşdur. Ölüm hallarının səbəbləri "diqqətlə öyrənilir".
Qeyd edilir ki, immuniteti zəifləmiş insanlarda tipik yan təsirlər — qızdırma və ürəkbulanma yaranır. Bu isə onlar üçün ölümcül ola bilərdi.
 Bu hadisələrdən sonra Norveç Səhiyyə Nazirliyi yaşlı xəstələr üçün peyvəndlə bağlı tövsiyələrinə dəyişiklib edib.
DPA agentliyi xəbər verir ki, Almaniyada COVİD-19 peyvəndindən sonra ən azı on nəfər dünyasını dəyişib. Bütün xəstələr vəziyyəti ağır imiş. Həkimlər bu insanların ölümünün peyvənd ilə əlaqəli olmadığını iddia edirlər.
Xatırladaq ki, ötən il dekabrın 27-də Avropada kütləvi peyvəndləmə kampaniyası  başlayıb. İlk növbədə risk qrupunda yer alan pensiyaçılar və  əhalinin digər qrupları vaksin almışdır.
İsveçrədə və Portuqaliyada da peyvənd vurulmuş bir neçə adam həyatını itirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video