22 Yanvar 2021 00:40
639
CƏMİYYƏT
A- A+

Könüllü gənclər nümunə göstərirlər

 

Göygöl Rayon İcra Hakimiyyətində rayon könüllüləri ilə görüş keçirilmişdir. Görüşdən əvvəl iştirakçılar rayon mərkəzindəki Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən oğullarının xatirəsini ehtiramla anmış və məzarları üzərinə tər çiçəklər düzmüşlər.

Görüşdə bildirilmişdir ki, hazırda bütün ölkədə olduğu kimi, Göygöl rayonunun dövlət strukturlarında da könüllü gənclər fəaliyyət göstərirlər. Gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişləri aşılamaq, təcrübə və biliklərini artırmaq,  yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək üçün çoxsaylı tədbirlər həyata keçirilir.

Tədbirdə qeyd edilmişdir ki, könüllülər  bir neçə istiqamətdə fəaliyyət göstərirlər. İki ay müddətində onların yaradıcı və innovativ potensialının üzə çıxarılması istiqamətində xeyli iş görülmüşdür. Bu faəliyyət həm gənclər, həm də Göygöl Rayon İcra Hakimiyyəti üçün faydalı olmuşdur.

Çıxış edən könüllülər qısa vaxt ərzində böyük təcrübə qazandıqlarını, bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə böyük əhəmiyyət daşıyacağına əminlik ifadə etmiş və onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Sonda Göygöl Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə xüsusi sertifikatlar təqdim olunmuşdur.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video