13:20 08 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kiyevdə Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin təqdimatı keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
12:59 23.02.2021

 

Ukraynanın paytaxtı Kiyev şəhərində Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının dəstəyi, təşəbbüsü ilə Kiyevin məşhur “Jovten” kinozalında keçirilən təqdimatda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Ukrayna Ali Radasının deputatları Lyudmila Marçenko, Vladimir Kreydenko, Marian Zabolotskiy, Alyona Şkrum, Ukrayna Prezidentinin Krım MR üzrə xüsusi nümayəndəsi Anton Korineviç, Ukrayna Dövlət Kosmik Agentliyinin rəhbəri Mixail Lev, Ukrayna Müsəlmanlarının Ruhani İdarəsinin sədri Müftiy şeyx Səid İsmagilov, diaspor rəhbərləri, Ukraynanın ictimai-siyasi xadimləri, yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbir Xocalı soyqırımında həlak olanların xatirəsinin bir dəqiqə sükutla anılmaqla başlayıb.

Filmin təqdimatından öncə çıxış edən Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Cəlal Hüseynov Radanın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov və Aparat rəhbəri Murad Cəfərovun adından tədbirə təşrif buyuran hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, “Sonsuz dəhliz” filmi Xocalı soyqırımında törədilən vəhşiliklərdən bəhs edir. Onun sözlərinə görə, Xocalı faciəsi Meksika, Pakistan, Kolumbiya, Çexiya, Sloveniya, Panama, Sudan, Şotlandiya, ABŞ-ın 19 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb. Bu gün də bu istiqamətdə fəaliyyət davam etdirilir.

Sonra filmin litvalı rejissoru Aleksandras Brokas çıxış edərək bildirib ki, “Sonsuz dəhliz” filmi dünya arenasında, müxtəlif beynəlxalq festivallarda nümayiş olunub. Bütün təqdimatlarda tamaşaçılar Xocalı faciəsi zamanı insanların çəkdiyi əzab-əziyyəti hiss ediblər. Başa düşüblər ki, insanlığa qarşı “qırmızı xətti” keçmək olmaz. Ancaq çox təəssüf ki, bəzən bu “qırmızı xətt” keçilib. “Xocalı faciəsi insanların digərlərinin taleyi ilə bağlı necə rüsvayçı və qeyri-insanı qərar verməsinin sübutudur. Xocalıda ölümün pəncəsindən xilas olanlar erməni bombardmanından qaçışlarını və öz əzizlərini təhlükəsiz hesab etdikləri “Sonsuz dəhliz”də necə itirdiklərini ürək dağlayan hekayələrlə xatırlayırlar”, - deyə Aleksandras Brokas film haqda danışarkən əlavə edib.

Daha sonra “Sonsuz dəhliz” filmi nümayiş etdirilib. Tədbirin sonunda səfir Elmira Axundova, filmin litvalı rejissoru Aleksandras Brokas və ukraynalı qonaqlar yerli KİV-lərə müsahibə veriblər.

Qeyd edək ki, filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. İngilis dilində çəkilmiş filmin subtitrləri Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub. Bundan əlavə, film rus dilinə dublyaj edilib. “Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern şəhərlərində təqdimatı olub. Bir sıra ölkələrin telekanallarında nümayiş olunub. Film bir sıra beynəlxalq mükafatlara layiq görülüb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM