27 Noyabr 2020 14:06
655
SİYASƏT
A- A+

Kanada azərbaycanlıları bu ölkənin xarici işlər naziri ilə görüşüblər


Noyabrın 26-da Kanadanın Azərbaycan icmasının üzvləri ilə bu ölkənin xarici işlər naziri Fransua-Filip Şampeyn və parlamentin üzvü Rob Olifant arasında virtual görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Kanada Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil edilmiş görüşdə Vankuver, Edmonton, Kalqari, Ontario, Kvebek daxil olmaqla, bu ölkənin bütün əyalətlərindən olan Azərbaycan fəalları iştirak ediblər.

Görüş zamanı bir çox mühüm məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan icmasının üzvləri işğaldan azad olunmuş torpaqlarımızın bərpası, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması, sülh quruculuğu prosesinə Kanadanın töhfəsi, Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və son müharibə ilə bağlı məsələləri, habelə xarici işlər naziri Fransua-Filip Şampeynin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı noyabrın 11-də verdiyi qərəzli bəyanatı müzakirə ediblər.

Görüşdən sonra Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn öz "Twitter” hesabında Azərbaycan icmasının üzvləri ilə apardığı müzakirələrdən məmnunluğunu bildirib, regionda davamlı sülhün bərqərar olunmasına ümid etdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video