19:32 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İndoneziyada zəlzələ qurbanlarının sayı 35-ə çatıb
ANA SƏHİFƏ / DÜNYA
19:14 15.01.2021


İndoneziyanın Qərbi Sulavesi əyalətində baş vermiş 6,2 gücündə zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatıb. Bu barədə "Anadolu" agentliyi xəbər verir.
Məlumata görə, təxminən 15 min nəfər təxliyə edilib, 637 nəfər xəsarət alıb.
İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Milli İdarəsi bildirir ki, zəlzələdən sonra 26 afterşok qeydə alınıb.
Fəlakət zonasında axtarış-xilasetmə işləri davam edir.
Elektrik enerjisinin verilməsində fasilələr var. 10 ev tamamilə, daha azı 100 tikili qismən dağılıb. Rabitə xətləri sıradan çıxıb.
Mamucu şəhərində xəstəxana binası dağılıb. Dağıntıların altında adamların olduğu barədə məlumat verilir.
 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM