16:42 04 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İndoneziyada təbii fəlakətlər nəticəsində həyatını itirənlərin sayı 96 nəfərə çatıb
ANA SƏHİFƏ / DÜNYA
11:57 18.01.2021

 

Ötən həftə İndoneziyanın Qərbi Sulavesi və Cənubi Kalimantan əyalətlərində baş vermiş zəlzələ və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 96 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi (BNPB) məlumat yayıb. Bildirilir ki, Qərbi Sulavesidə baş vermiş 6,2 və 5,9 baş gücündə zəlzələnin qurbanlarının sayı 81 nəfərdir. Yanvarın 14-də Cənubi Kalimantan əyalətində yağan leysan yağışların əmələ gətirdiyi daşqınlar isə 15 nəfərin həyatına son qoyub. Bu əyalətdən təqribən 70 min nəfər təxliyə olunub.

Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə silsilə zəlzələlər baş verib. Bunun ardınca ərazidə daha 28 afterşokun qeydə alındığı bildirilir. Yeraltı təkanlar nəticəsində mindən artıq ev dağılıb.

Hazırda axtarış-xilasetmə işləri davam edir.

Təbii fəlakətlərin qurbanlarının ailə üzvlərinə başsağlığı verən Prezident Coko Vidodo yerli hakimiyyət orqanlarına zəlzələnin və daşqınların nəticələrinin aradan qaldırılması üçün operativ fəaliyyət göstərmələri barədə tapşırıq verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM