23:13 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin zəfəri
ANA SƏHİFƏ / SİYASƏT
00:30 05.12.2020


Bu möhtəşəm qələbə bütün dünya üçün əhəmiyyətlidir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə bundan sonra hər il 27 sentyabr Anım, 8 noyabr isə Zəfər bayramı günləri kimi qeyd ediləcək.

Gələcək bütün tariximizdə daim yaşayacaq və millətimizdə qürur hissi yaradan bu hadisələrin mahiyyətini bilmək üçün 44 günlük Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan və dünya üçün hansı əhəmiyyət daşıdığına nəzər yetirməkdə fayda var.

Heç şübhəsiz, sentyabrın 27-dən başlayan və Ermənistanın hərbi təslim aktı ilə başa çatan müharibə haqqında bundan sonra çoxlu əsərlər yazılacaq, sənədli və bədii filmlər çəkiləcək, dissertasiya işləri müdafiə olunacaq. Ancaq indi bəzi ilkin təhlillərin aparılmasına ehtiyac duyulduğu qənaətindəyəm. Məlum olduğu kimi, hərbi əməliyyatlar noyabrın 10-da Rusiya Federasiyası Prezidenti Vladimir Putinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə bəyanat imzalaması ilə başa çatdı.

Bu, sadəcə bəyanat deyil, həm də Ermənistanın müharibədə rüsvayçı hərbi təslim aktıdır. Nə üçün? Çünki hərbi əməliyyatların başladığı ilk gündən cənab Prezident İlham Əliyev Ermənistan qarşısında tək bir şərt, bir tələb irəli sürmüşdü. Bildirmişdi ki,Ermənistanın xarici işlər naziri, müdafiə naziri və ya başqa kimsə deyil, şəxsən baş nazir Nikol Paşinyan işğalçı qoşunların nə zaman çıxarılacağına dair qəti fikrini bildirdikdən və konkret cədvəl verdikdən sonra hərbi əməliyyatlar dayandırılcaq.

Nəticəsi nə oldu? Bir neçə ay əvvəl Azərbaycan qarşısında 7 şərt irəli sürən Nikol Paşinyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin yeganə şərtini qəbul etməyə və onun müzəffər komandan çəkmələrinin qarşısında ikiqat diz çökərək hərbi təslim aktını imzalamağa məcbur oldu. Bu imzalanan təslim aktının təkcə Azərbaycan deyil, həm də bütün dünya üçün əhəmiyyəti var. Həmin əhəmiyyət nədən ibarətdir?


Qələbə Azərbaycana nə verdi?


Müharibədə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin başlıca məqsədi işğal altında qalan torpaqları azad etmək idi. 44 günlük müharibə nəticəsində Azərbaycan dövləti niyyətinə nail oldu. Qəhrəman Azərbaycan əsgərlərinin, gizir və zabitlərinin şücaəti sayəsində düşmən yenildi. Vətən torpağı heç bir zaman ölməyəcək, millətimiz və dövlətimiz əbədi mövcud olduqca yaşayacaq şəhid qanları ilə suvarıldı. Azərbaycan Respublikası, ordusu və xalqı bu müharibədən qalib çıxdı. Ermənistan hərb meydanında rüsvayçı məğlub edildi. Dünyanın 50 qabaqcıl ölkəsinin orduları cərgəsində yer tutan Azərbaycan Ordusu "yenilməz Ermənistan ordusu” mifini darmadağın etdi. Bu gün Ermənistan ordusu artıq demək olar ki, yoxdur. Gəbərənləri döyüş meydanında qaldı, 10 mindən yuxarı əsgər və zabit isə fərarilik edərək qaçıb getdi. Azərbaycan Ordusu düşmənin külli miqdarda döyüş texnikası və sursatını qənimət olaraq ələ keçirməklə təkcə İrəvanı deyil, illər boyu Ermənistanı silahlandıranların da ümidlərini darmadağın etdi.

Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlının qəlbində xüsusi milli-mənəvi yeri olan Şuşanın azad edilməsi ilə bütün Qarabağı Azərbaycana qaytardı. Tarixən belə deyilib: Şuşa Qarabağın açarıdır, Şuşa kimdədirsə, Qarabağ da ondadır. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, Şuşasız Azərbaycan yoxdur. Şuşanın işğaldan azad edilməsi və yenidən qovuşması Azərbaycanın varlığı, inkişafı və daha güclü dövlət olması deməkdir. Prezident İlham Əliyev Azərbaycan üzüyünün qaşı olan Şuşanı qaytarıb yerinə qoymaqla tariximizdə mümkün olmayanı mümkün etdi, yuxularımızı, xəyallarımızı gerçəkləşdirdi. Hərbi əməliyyatların əvvəllərində bədxahlarımız yazırdılar ki, guya döyüşü pualar, dronlar udur. Şuşa şəhərində küçə döyüşlərində Azərbaycan əsgəri dünya hərb tarixində qızıl səhifələr yazdı. Bu səhifənin öyrənilməsi üçün hələ uzun illər lazım gələcək.

Minilliklər tariximizdə Prezident İlham Əliyev bir çox ilklərə imza atdığı kimi, bu savaşda da bir ilk yaratdı. Son bir neçə yüzilliklər tariximizdə ilk dəfə olaraq işğal altında olan torpaqlar güclü ordu sayəsində azad edildi. Qazandığı qələbə ilə Prezident İlham Əliyev Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi, millətin başını uca etdi, əyilmiş qamətini, belini düzəltdi, başını dik etdi, özünə inam, güvən yaratdı, gələcək nəsillərə örnək verdi. Hələ ötən əsrin 80-ci illərində xarici tarixçilər yazırdılar ki, Azərbaycanın şimal torpaqları çarizm tərəfindən işğal olunduqdan sonra azərbaycanlılar daim sındırılmış, özlərinə inamsız halda Bakı küçələrində gəzirdilər. XX əsrdə yalnız iki dəfə azərbaycanlılar Bakı küçələrində başlarını dik tutaraq gəziblər: birinci dəfə 1918-ci ildə Azərbaycan və Osmanlı hərbi hissələrindən ibarət qurulmuş Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri yadelli qüvvələrdən azad edildikdən sonra; ikinci dəfə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd seçildikdən, 1982-ci ildə isə Siyasi Büro üzvü seçildikdən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildikdən sonra.

44 günlük müharibə nəticəsində Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik dövlət rəhbərliyi, planetar təfəkkürü, strateqliyi, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində son 200 ildə üçüncü dəfə, XXI əsrdə isə birinci dəfə təkcə Bakı küçələrində, ölkəmizdə deyil, dünyanın hər bir yerində başını dik tutaraq, özünə güvənərək qalib millət kimi qürur hissi ilə addımlayır. Prezident İlham Əliyev Azərbaycan xalqı və dövləti üzərində olan 30 illik ləkəni silib atmaqla azərbaycanlıları yenidən qalib doğulmuş bir millət etdi. Millətimiz və dövlətimiz mövcud olduqca qalacaq bu böyük əsərin memarı Prezident İlham Əliyevdir.

Azərbaycan təkcə hərb meydanında qələbə qazanmadı. Qazanılan qələbə Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatı üzərində tarixi qələbəsi oldu. Qələbə Prezident İlham Əliyevin daim söylədiyi bir tezisin nəinki indiki şəraitdə düzgün olduğunu təsdiq etdi, eyni zamanda, millətimizin gələcək nəsilləri üçün də bir örnək oldu. O da ondan ibarətdir ki, biz iqtisadi cəhətdən müstəqil, güclü olmasaq, heç bir vəzifəni yerinə yetirə bilmərik. Məhz Prezident İlham Əliyevin yaratdığı iqtisadi cəhətdən güclü Azərbaycan müharibədə qalib gəldi. Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı qarşısında Ermənistan heç bir zaman tab gətirə bilməzdi və tab gətirmədi də!

Qələbənin dünya bazarlarında neftin qiymətinin aşağı düşdüyü, koronavirusun tüğyan etdiyi ağır bir şəraitdə qazanılması Prezident İlham Əliyevin uzun illərdən bəri yürütdüyü iqtisadi strategiyanın düzgünlüyünü bir daha təsdiq etdi. Ordunun bütün təchizatı dəqiq saat mexanizmi kimi təmin edildi.

Ermənistanda isə "könüllü” adı altında cəbhəyə zorla adam yığarkən "varınızdırsa, özünüzlə hərbi geyim, çəkmə gətirin” xahişləri edən, əsgərini yeməklə təmin edə bilməyən bir ölkənin qüdrətli Azərbaycan iqtisadiyyatı qarşısında diz çökməsi təbii idi. Ermənistan resurs müharibəsinə hazır deyildi və ola da bilməzdi. Ona görə də baş verən məğlubiyyət qaçılmaz idi. Və gözlənilən də baş verdi!

Qazanılan qələbə Azərbaycan hərbi-sənaye kompleksinin, müasir texnologiyasının Ermənistan üzərində zəfəri idi. Son illərdə dövlət büdcəsində hərbi xərclərin daim artırılması, ordu quruculuğuna xüsusi diqqətin yetirilməsi, yeni texnologiyaların işlənilməsi və tətbiqi, səmərəli beynəlxalq əməkdaşlıq Azərbaycanda inkişaf etmiş hərbi-sənaye kompleksinin qurulmasına gətirib çıxardı. Nəticəsi də məlumdur: müasir hərbi-sənaye kompleksinin məhsulları döyüş meydanında düşmən üzərində hakim oldu və gözünü açmağa imkan vermədi.

Bu qələbə Azərbaycan hərb mütəxəssislərinin və azərbaycanlı zəkasının Ermənistan hərbi mütəxəssisləri və "intellekti” üzərində parlaq qələbəsi oldu. Müasir silahları idarə edən Azərbaycan mütəxəssislərinin biliyi, bacarığı və zəkası əzici üstünlüyünü təsdiq etdi. Həmin azərbaycanlı mütəxəssislər öz-özündən yaranmayıb, bilavasitə Prezident İlham Əliyevin liderliyində yürüdülən dövlət siyasəti nəticəsində yetişiblər.

Qazanılan qələbə dövlət və millət, milli-mənəvi birliyimizin qələbəsi oldu. Əgər millət Prezident İlham Əliyevə güvənməsəydi, yürütdüyü siyasət nəticəsində dövlət hakimiyyəti və millət arasında sıx birlik və yekdillik yaradıla və deməli, qələbə də qazanıla bilməzdi. Yalnız güclü dövlət və güclü lider hər şeyə qadirdir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan güclü Azərbaycan Respublikası dövlətini yeni şəraitə uyğun olaraq müasirləşdirərək qələbəni təmin etdi. Ən çətin və mürəkkəb şəraitdə bizi qələbəyə gətirən millət və dövlət birliyimizin baş memarı məhz Prezident İlham Əliyevin sarsılmaq iradəsi, qətiyyəti oldu.

Bu qələbə Prezident İlham Əliyevin rəhbərliyi altında səmərəli və çevik dövlət idarəçilik sisteminin qələbəsidir. Son illərdə aparılan islahatların uğurla nəticələnməsi müharibədə zəfəri şərtləndirən amillərdən biri oldu. Bir daha təsdiq edildi ki, yalnız çevik və səmərəli idarəçilik dövlət və millətin qələbəsinin başlıca şərtlərindən biridir.

Qazanılan qələbə Prezident İlham Əliyevin hakimiyyəti illərində formalaşdırdğı yaradıcı, dinamik, enerjili, yüksək milli ruhlu Azərbaycan cəmiyyətinin kin, küdurət, qısqanclıq hissləri içərisində boğulan və yaradıcılığın nə olduğunu bilməyən erməni cəmiyyəti üzərində öldürücü qələbəsidir. Müharibənin yekunu göstərir ki, əgər erməni cəmiyyəti başına gələndən düzgün nəticə çıxarmasa, düşdüyü ağır bataqlıqdan ya tamamilə çıxa bilməyib məhv olacaq, ya da hələ çoxlu onilliklər bundan sonra da onun içərisində çabalamalı olacaqdır.

Prezident İlham Əliyev təkcə hərb meydanında qazanılan qələbənin baş memarı deyil, eyni zamanda, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış münaqişənin gedişində blokdaya salınmış Naxçıvana gedən yolun tikintisinə dair maddənin üçtərəfli bəyanata daxil edilməsinə nail olmaqla həm bu regionun problemini həll edən, həm də bütövlükdə daha genişmiqyaslı geoiqtisadi layihənin icrasına imkan yaratmış zəmanəmizin görkəmli strateqi, dövlət və siyasi xadimidir. Həmin maddədə nəzərdə tutulanların yerinə yetirilməsilə Naxçıvanın blokadasına son qoyulacaq, İğdır - Naxçıvan dəmir yolunun tikintisi ilə Azərbaycan Türkiyə üzərindən Avropaya çıxa, eyni zamanda, Fars körfəzinə enə biləcək, Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzinə çevriləcək, Türkiyənin türk dünyası ilə quru əlaqəsi qurulacaq. Bu yol Rusiyaya Azərbaycan və Türkiyə üzərindən Avropaya çıxmağa imkan verəcək, beləliklə, regionda iqtisadi əməkdaşlıq canlanacaq.

Prezident İlham Əliyev təkcə hərb meydanında deyil, diplomatik-siyasi sahədə də ustalıqla və böyük məharətlə qələbə qazanaraq zəmanəmizin görkəmli diplomatı olduğunu təsdiq etdi. Məlum olduğu kimi, müharibənin aparılması üçün ya əlverişli beynəlxalq şərait yaradılmalıdır, ya da ondan istifadə edilməlidir. Azərbaycan dövləti uzun illər boyu apardığı gərgin iş və yürütdüyü siyasət ilə əlverişli beynəlxalq şərait yaratmağa nail oldu. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü, Qoşulmama Hərəkatına sədrlik, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan üçtəfərli formatda əməkdaşlığının səmərəliliyi 44 gündə öz bəhrəsini verdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin "Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ərazisidir” deyərək müharibədə haqq-ədalətin yanında oldu. İran İslam Respublikası və Gürcüstan da eyni mövqe tutaraq sərhədləri işğalçı ölkəyə silah daşınması üçün bağladılar. Bu siyasət Prezident İlham Əliyevin daim xüsusi diqqət yetirdiyi "bizim üçün qonşularla yaxşı münasibətlər başlıca məqsəddir” tezisinin təkcə indiyə qədər əhəmiyyətli olduğunu təsdiq etmədi, eyni zamanda, gələcək üçün bir model yaratdı.

Müharibə başa çatıb və təbii ki, Azərbaycana qarşı müharibə cinayətləri törədərək vurduğu ziyanlara görə işğalçı ölkə Ermənistan təzminat ödəməlidir. 30 il ərzində İrəvan Azərbaycan ərazilərini, şəhər, kənd və qəsəbələri dağıdıb, təbii sərvətləri talayıb sataraq gəlirlər əldə edib, hərbi əməliyyatların gedişindən uzaqda yerləşən Gəncə və Bərdədə, eyni zamanda, Tərtər və başqa rayonlarda mülki əhalini qətlə yetirib, soyqırımı törədib və mülki infrastruktura ağır ziyan vurub. Azərbaycan hökuməti 30 il ərzində məcburi köçkünlərin saxlanılması üçün külli miqdarda vəsait xərcləyib, torpaqları azad etməkdən ötrü apardığı müharibədə məsrəflər çəkib. Ermənistan yüz minlərlə azərbaycanlıya mənəvi ziyan vurub. Təzminat davasının açılması, Ermənistanın boynuna boyunduğuruğun salınması təkcə haqq-ədalətin bərpası, beynəlxalq hüquq baxımından deyil, həm də gələcək nəsillər üçün lazımdır.

Bəs bundan sonra cəmiyyət olaraq bizim davranışımız necə olmalıdır? Bizi bu qələbəyə Prezident İlham Əliyevin inamı, imanı, sarsılmaz iradəsi, qətiyyəti, millətə güvənməsi, planetar təfəkkürü, dərin zəkası, uğurlu diplomatik-siyasi fəaliyyəti gətirdiyi üçün bundan sonra da bütün Azərbaycan cəmiyyəti üçün əsas deviz yalnız dövlət başçısının sözü, rəyi olmalıdır. Bütün millətin bir səsinin olması vacibdir.


Qələbənin dünya üçün əhəmiyyəti nədir?


44 günlük müharibədə Prezident İlham Əliyev təkcə Azərbaycanı qalib etmədi, eyni zamanda, müasir dünya siyasətində həllini gözləyən bir sıra məsələləri uğurla həll etdi. Hər şeydən əvvəl, Azərbaycan Respublikası dövləti bu qələbəsi ilə BMT Təhlükəszilik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirərək dünya müdiriyyəti adlandırılan bu təşkilatın nüfuzunu, ona olan inamı bərpa etdi.

Ermənistan təkcə hərb meydanında məğlub edilmədi, Prezident İlham Əliyev dünyanın məşhur KİV-inə verdiyi müsahibələri ilə bir neçə yüz il boyunca dünyanı aldadan uydurma erməni təbliğatını təkbaşına darmadağın etdi. Yüz milyonlarla insan erməni yalanlarını başa düşdü. Dünya erməni faşizminin içi üzünü gördü. Bir daha məlum oldu ki, erməni faşizmi nasizmdən daha qəddar və iyrəncdir.

Ermənistanın müharibənin əvvəlindən xristianların dini hisslərini istismar edərək baş verənləri xristianlıq əleyhinə olan kimi qələmə verməyə çalışması cəhdləri də puça çıxdı. Hamıya məlumdur ki, artıq uzun illərdir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Bakıda mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoq, humanitar forumlar keçirilir. Dünya Azərbaycanda müxtəlif dini inanclı insanların birgə yaşayışının, məscidlərin, kilsələrin və sinaqoqların yanaşı fəaliyyət göstərməsinin şahidi olur. Bakıda erməni kilsəsi dövlət tərəfindən qorunur. Bir neçə il əvvəl erməni qəbiristanlığının yeri dəyişdirilərkən hökumətin müraciəti əsasında ermənilər ya ölülərinin sümüklərini apardılar, aparıla bilməyənləri isə dövlət hesabına digər yerdə dəfn edildi. Heydər Əliyev Fondu Vatikanda, Parisdə və başqa şəhərlərdə kilsələri, Hun imperatoru Atilla ilə Roma Papasının görüşünü əks etdirən freskanı təmir etdirdi. Bütün bunlar Azərbaycanın siyasətinin əyani təzahürüdür. Bəs Ermənistan hansı siyasəti yürüdüb və yürüdür? Bu gün Ermənistanda məscidlər, müsəlman qəbiristanlıqları tamamilə dağıdılıb. Ermənistan işğal etdiyi ərazilərdə məscidləri donuz, mal-qara tövləsinə çevirmişdi. Ayaqqabı ilə girilməyən Allahın evinə belə münasibətin yalnız bir adı vardır: vəhşi icma, qəbilə təfəkkürü! Əslində Ermənistan bu barbar hərəkətləri ilə sülh dini olan xristianlığa və xristianlara daim ləkə gətirdiyini bir daha təsdiq etdi.

44 günlük müharibənin gedişində Ermənistan təbliğatının guya "ikinci erməni soyqırımı” törədiləcək iddialarının da əsassız olduğu təsdiq edildi, bu cəfəngiyat da sabun köpüyü kimi partladı. Axı, Azərbaycan dövləti "soyqırımı” həyata keçirsəydi, Bakıda bir neçə min nəfər erməni necə yaşaya bilərdi? Hətta Xankəndiyə daxil olmaq an məsələsi olsa da, Azərbaycan Ordusu bunu etmədi.

Ermənistanın "turançılıq”, "pantürkizm” və "yeni osmançılıq” barədə uydurmaları da darmadağın edildi. Azərbaycanın haqq işinin Türkiyə tərəfindən müdafiə edilməsinin ermənilər tərəfindən "turançılıq”, "pantürkizm” və "yeni osmançılıq” kimi qələmə verilməsinə dair iyrənc təbliğat da puça çıxdı. Ermənistan baş nazirinin Avropa ölkələrinə müraciətlə "erməniləri Türkiyədən müdafiə etmirsiniz, o zaman az vaxt keçər Türkiyəni yenidən Vyana qapılarında görərsiniz” kimi boş və mənasız sözlərinə daha kimsə inanmadı. Türkiyənin Azərbaycan dövlətinin yanında olması haqq-ədalətin və beynəlxalq hüququn yanında olması demək idi.

Azərbaycanın zəfəri, eyni zamanda, ermənilərin birbaşa və ya gizli şəkildə əsassız ərazi iddiaları irəli sürdükləri Gürcüstan, Rusiya, Türkiyə və İranın da qələbəsidir. Ermənilər Gürcüstanın Cavaxeti bölgəsini Ermənistana birləşdirmək üçün separatçılıq fəaliyyətləri ilə məşğuldurlar və belə hesab edirlər ki, onların təminatçısı Tbilisi deyil, İrəvandır. Deməli, Azərbaycanın qələbəsi gürcü xalqının qələbəsi, Gürcüstanda yaşayan ermənilərin Ermənistana birləşmək xəyallarının parçalanması, böhranının dərinləşməsi deməkdir. Heç əbəs deyildir ki, bir çox gürcü alimləri Azərbaycanın qələbəsini Gürcüstanın qələbəsi kimi qiymətləndirirlər. Azərbaycanın qələbəsi Rusiyada yaşayıb sərvət toplayan, yüksək məqamlara yüksələn, lakin Rusiyaya və rus xalqına arxadan zərbə vuran, ayaqlarının altını qazan, Qara dəniz sahilləri torpaqlarına əsassız iddia edən erməniləri də böhrana düşürür. Artıq ermənilərin bundan sonra Rusiya torpaqlarında özlərini həyasızcasına apara bilməyəcəkləri şəksizdir. Azərbaycanın qələbəsi Türkiyəyə açıq, İrana isə xəlvəti ərazi iddialarında olan ermənilərə də zərbə vurdu.

Azərbaycanın qələbəsi erməni diasporu və lobbisinə ağır zərbə oldu. Erməni diasporu heç bir gələcəyi olmayan Ermənistana sərmayə qoymaqda, pullarını havayı yerə göyə sovurmaqda bundan sonra maraqlı olmayacaq. Zəngin ermənilər Ermənistana 30 ildən bəri rəhbərlik etmiş, indi isə artıq siyasi meyit olan şəxslərin xirtdəklərindən tutub soruşacaqlar ki, bəs nə üçün uzun illər boyu bizi aldatmısınız, qoyulan pullar hara gedib?

Müharibə təkcə hərbi qələbə ilə başa çatmadı, eyni zamanda, özlərini hiyləgərliklə dünya ölkələrinə və xalqlarına uzun əsrlərboyu "mədəni xalq” kimi sırıyan ermənilərin iç üzünü bir daha açdı. Dünya maskası yırtılan erməni qəbiləsinin vəhşi olduğunu əyani olaraq gördü. Tərtər şəhərində, hərbi əməliyyatlar meydanından uzaqda yerləşən Gəncə, Bərdə və Ağcabədidə yaşayış binalarının qadağan edilmiş raketlərdən atəşə tutularaq dağıdılması təkcə ağır müharibə cinayəti deyil, eyni zamanda, erməni qəbiləsinin vəhşiliyinin göstəricisi idi. Soruşulur: müharibənin nə demək olduğunu bilməyən uşaqların öldürülməsinin adı nədir?

Döyüş meydanında mundirini, papağını, hərbi biletini qoyub qaçan, yaralı əsgərlərini və meyitlərini götürüb aparmayan ermənilərin Azərbaycanın işğal altında saxladıqları əraziləri boşlatmağa məcbur olub tərk edərkən unitazı qucaqlarına alıb daşımaları bir daha göstərdi ki, bu qəbilə üçün bir unitaz döyüş meydanında gəbərmiş işğalçı erməni əsgərinin cəsədindən daha qiymətlidir. Dünyanın məktəbə, maarifə, səhiyyəyə ehtiyac duyduğu bir şəraitdə ermənilərin Kəlbəcərdə və Laçında təkcə yaşayış evlərini deyil, kitabxanaları, məktəbləri, klubları və tibb məntəqələrini yandırmaları XXI əsr erməni barbarlığının konkret göstəricisidir. Bəs, dünyanın ağ ciyərləri hesab edilən meşələrin yandırılmasının və vəhşicəsinə doğranmasının adı nədir? Bir zamanlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin tikintisinin guya ekologiyaya ziyan vuracağını deyən "yaşıllar”, qeyri-hökumət təşkilatları görəsən indi niyə susublar? Azərbaycanın qələbəsi həmin təşkilatların da əsl simasını göstərdi.

Müharibədən əvvəl Ermənistanda yürüdülən siyasət, Azərbaycanın isə döyüş və diplomatiya meydanında qazandığı qələbə ermənilərin rus xalqına və Rusiyaya etdikləri xəyanəti, arxadan zərbə vurmalarını bir daha təsdiq etdi. Bu müharibədə Ermənistan haqsız və gücsüz olduğu üçün məğlub oldu. Həm haqq-ədalət, həm də beynəlxalq hüquq Ermənistanın tərəfində deyildi və işğalçı ölkə gec-tez məğlub olmalı idi. Ancaq müharibədə Ermənistan qazanc da əldə etdi. Qurama Ermənistan Respublikası dünyanın siyasi xəritəsində saxlanıldı. Görəsən, ermənilər bunu qiymətləndirə bilirlərmi? Məncə, yox. Çünki həm yaxın, həm də uzaq tarixin təcrübəsi göstərir ki, hansısa amillərin təsiri altında çarizm daim erməniləri himayə edib, əvəzində isə onlar rus xalqına və Rusiyaya xəyanət ediblər. Tarixə qısa səyahət etmək deyilənləri təsdiq edir. Məlum olduğu kimi, çarizm erməniləri XIX əsrdə və sonralar Cənubi Qafqaza gətirərək azərbaycanlılara məxsus torpaqlarda yerləşdirib və əlverişli şərait yaradıb. Əvəzində rus hakimiyyəti nə görüb? 1905-1906-cı illərdə erməni terror-siyasi təşkilatları Rusiyanı zəiflətməkdən ötrü fəaliyyət, göstərib və xarici ölkələrin agentləri kimi çalışıblar. Erməni təşkilatları Birinci Dünya müharibəsi illərində çarizmdən silahlar alıb bandalar düzəltsələr də, sonradan bu silahı ruslara və Rusiyaya qarşı yönəldiblər. Brest-Litovsk barışığı zamanı Cənubi Qafqazın xəritəsi cızılarkən ermənilər üçün də nəzərdə tutulan kiçik bir ərazidə 1918-1920-ci illərdə qurulan Daşnak Ermənistanından rusları qovublar. Rusların sayı 15 min nəfərdən 14 min nəfərə düşüb və ya 7 faiz azalıb. Sovet hakimiyyəti illərində ittifaq mərkəzi Ermənistana nə qədər qayğı göstərsə də, dotasiya ilə yaşatsa da, ermənilər daim ruslara nifrət ediblər, rus dili və mədəniyyətinə yuxarıdan, həqarətlə baxıblar, rusları geri qalmış hesab ediblər.

1991-ci ildən sonra mövcud olan bütün hakimiyyətlər zamanı Ermənistanda yürüdülən xarici siyasət xətti Rusiyanın və rus xalqının əleyhinə olub. Ermənilər Rusiyadan hərbi-texniki və digər yardımlar alaraq öz çirkin niyyətlərinə çatıblar, arxadan isə Rusiyanın və rusların kürəyinə xəncər sancıblar. Bu gün Ermənistanda rus əhalisi demək olar ki, yoxdur. Rus məktəbləri, kütləvi informasiya vasitələri bağlanıb. Bütün bu siyasətin bircə adı var: erməni nankorluğu və erməni xəyanəti! Rusiya bu dəfə də Ermənistanı Azərbaycanın əlindən aldı, qurama dövlətini dağılmaqdan xilas etdi. Çətin vəziyyətdə olan ermənilər indi bir tərəfdən, Rusiyaya yalvarmaqda davam edirlər, digər tərəfdən isə yenə də ona arxadan zərbə vurmağa hazırlaşırlar.

Bu, özünü nədə təzahür edir? İlk növbədə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın imzaladıqları bəyanatı təftiş etmək cəhdlərində və yeni müharibə çağırışlarında. Müharibə çağırışları birbaşa Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin nüfuzunu sarsıtmaq, regionda sabitliyin qurulmasında maraqlı olmayan dövlətlərin siyasətinə nökərçilik etməkdir. Bəzi erməni siyasətçiləri deyirlər ki, guya Ermənistan Cənubi Qafqazda Rusiyanın yeganə strateji müttəfiqidir. Bu fikirlər cəfəngiyatdan başqa bir şey deyildir. Həmişə olduğu kimi, Ermənistan bu gün də Rusiyanın çiyinlərində bir yük olaraq iyrənc siyasəti ilə rus xalqına ancaq hörmətsizlik gətirir. Regionda Rusiya əleyhinə olan ən xırda əhvali-ruhiyyə varsa, onun da kökü daim əsassız iddiaları və haqsız olan ermənilərin davranışları ilə bağlıdır.

Hərbi əməliyyatlar Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatsa da, İrəvanın yeni müharibəyə başlamaq şansı varmı və ya bu xəyala düşərsə, aqibəti necə olar? Ermənistanın yeni bir müharibə cəhdi ilk növbədə qarşısında Rusiyanı görməsi deməkdir. Digər tərəfdən, əgər bu dəfə Rusiya Ermənistan üzərindən əlini çəkərsə, müzəffər Azərbaycan Ordusu bayrağımızı tarixi şəhərimiz olan İrəvan qalasında sancar. Müharibədə qalib gəlmək üçün dövlətin qüdrəti lazımdır. Ermənistanın belə bir gücü, insan resursu və potensialı yoxdur və heç vaxt da olmayacaq. Hamı yaxşı gördü ki, 44 günlük müharibənin gedişində Ermənistan ordu sıralarını doldurmağa adam tapa bilmir, uşaqları və qadınları cəbhəyə yollayırdı. Dərin demoqrafik böhranın mövcud olduğu, əhalisinin artmadığı, əksinə yaşayanların da tərk edib getdiyi Ermənistan adlı bir dövlətin heç bir gələcəyi yoxdur. Xarici ölkələrdən uzun on illər boyu olduğu kimi, ermənilərin aldadılıb Ermənistana gətirilməsi nağıllarına daha heç kim inanmır. Deməli, yeni müharibə olacağı təqdirdə Ermənistanda döyüşə getməyə heç qocalar da qalmayacaq. Müharibə maliyyə-iqtisadi qüdrət, hərbi-sənaye kompleksinin gücü ilə aparılar. 8 milyard dollar xarici borcu olan Ermənistanda belə bir sənayeni qurmağa imkanlar yoxdur və olmayacaq da. Erməni xalqının elmi-intellektual potensialı da bu işləri görmək üçün çox məhduddur.

44 günlük müharibədə qazanılan qələbə ermənilərin bədbəxtliyinin köklərini bir daha üzə çıxardı. Göstərdi ki, erməni ünsürünün bədbəxtliyinin başlıca səbəbi son iki yüz ildə gəlib yerləşdikləri və aborigen olmadıqları regionun yerli xalqları ilə dil tapıb keçinməməkdə və üçüncü qüvvəni gətirməkdədir. Müstəqil yaşamaq təfəkkürünə və potensialına sahib olmadığından daim qul psixologiyasına malik olan bu ünsür Rusiyadan istifadə edib istəklərinə çatır, sonra xəyanət edərək ona arxadan zərbə endirir, çətin vəziyyətə düşən kimi "bizi xilas edin” deyə bağırır. Belə hesab edirlər ki, rus əsgərləri gəlib onların avantürsit xəyalları yolunda ölməli, rus anaları gözüyaşlı qalmalı, ermənilər isə yenə də özlərini həyasız aparmalıdırlar. Daha dövr o dövr deyildir. Erməni nağıllarına inananların sayı getdikcə azalır.

Müharibə, eyni zamanda, ermənilərin nicatının nədə olduğunu göstərdi. Ermənilərin nicatı qonşu ölkələrlə, ilk növbədə, Azərbaycanla dil tapıb yaşamaqdan keçir. Bu qəbilə başa düşmür ki, hər bir xalqın inkişafı üçün başlıca amil təkcə təbii sərvətlər, ərazi deyil, qarşılıqlı faydalı əməkdaşlıqdır. Ermənistan əsassız iddialarından əl çəkəcəyi və bu əməkdaşlığa hazır olacağı təqdirdə nə isə əldə edə bilər. Yoxsa, bu qurama dövlətin heç bir gələcəyi yoxdur. Ermənistan reallıqları dərk edəcəkmi? Bunu zaman göstərəcək.

Musa QASIMLI,

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM