13:28 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
ANA SƏHİFƏ / SİYASƏT
13:53 25.01.2021

 

Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki əgər bu olmasa, birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 105-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2020-ci il avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videobağlantı formatında müşavirədə söylədiyi nitqindən götürülüb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin iyul-sentyabr aylarını əhatə edir.

Yeni kitabda Prezident İlham Əliyevin Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar, Türkiyə Silahı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və yüksək rütbəli hərbi nümayəndə heyətinin digər üzvləri ilə görüşünə dair materiallar toplanıb. Dövlətimizin başçısı nümayəndə heyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib. Həmçinin Türkiyə-Azərbaycan birgə hərbi təlimləri, iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə toxunulub.

Bu cilddə, BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilmiş yüksək səviyyəli iclasda Prezident İlham Əliyevin həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan Respublikasının Prezidenti kimi videoformatda çıxışının mətni də yer alıb.

Nəşrə dövlətimizin başçısının Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşfi münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakının erməni və bolşevik işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə Türkiyə Prezidenti ilə telefon danışığı haqqında informasiya daxil edilib.

Oxucular Prezident İlham Əliyevin iyulun 29-da Qobustan, İsmayıllı, Balakən, Qəbələ rayonlarına və Şəki şəhərinə səfərlərinə aid materiallarla, bölgələrdə sosial-iqtisadi, mədəni infrastruktur obyektlərinin, “ASAN xidmət” Mərkəzinin açılışında, ictimaiyyət nümayəndələri ilə görüşlərində çıxışlarının mətnləri ilə də tanış ola bilərlər.

Kitabda Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli növbəti xəstəxanasının açılış mərasimində videoformatda çıxışının mətni, Yeni dərs ilinin başlanması münasibətilə müəllimlərə, tələbə və şagirdlərə müraciəti, paytaxtımızda bir sıra təhsil müəssisələri üçün inşa edilmiş yeni korpusların açılışında iştirakı və digər tədbirlər haqqında materiallar da verilib.

“Azərnəşr” tərəfindən buraxılan 105-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM