28 Yanvar 2021 00:31
861
ELANLAR
A- A+

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi  Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi açıq tender elan edir

 

LOT 1- “Hazır yemək (keytrinq)” satın alınması.

Tenderin iştirakçılarına təklif olunur ki, https://www.etender.gov.az/- dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba “ASAN ödəniş” vasitəsilə köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Bank rekvizitləri:

VÖEN: 2701171541

Bank: “Kapital Bank” ASC Mingəçevir filialı

Kod: 200297

VÖEN: 9900003611

M/hesab: AZ37NABZ01350100000000001944

Hesab:  AZ15AIIB38060019440133314129

S.W.I.F.T: AIIBAZ2X

Ünvan: Mingəçevir şəhəri, 20 Yanvar pr. 12

Tenderdə iştirak haqqı 775.00 (yeddi yüz yetmiş beş manat, 00 qəpik) manat.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Portalda tələb olunan sənədlər bölməsi üzrə:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır);

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);

-  iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qida təhlükəsizliyi qeydiyyatına alınması haqqında sənəd (çıxarış);

- Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondundan ödənilməsi vaxtı keçmiş borcunun olub-olmaması haqqında rəsmi sənəd.

2. Portalda texniki meyarlar üzrə:

Portalda texniki bölümdə qiymətləndirməni aparmaq üçün iddiaçı tərəfindən müvafiq sənədlər yüklənməlidir.

3. Maliyyə təklifi bölməsi üzrə:

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır);

-  tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri dövlət satınalmalarının vahid internet Portalında qeyd olunan 18.02.2021-ci il saat 22:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

Tender təklifi ilə bank təminatı sənədlərini 26.02.2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 01.03.2021-ci il saat 10:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdir (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçı tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilər.

 Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video