02 Mart 2021 12:44
551
CƏMİYYƏT
A- A+

Gürcüstanlı jurnalistlər Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında erməni vəhşiliyi ilə tanış olublar

 

Ölkəmizdə səfərdə olan gürcüstanlı media nümayəndələri, həmçinin tarixçi və ekspertlərdən ibarət heyət Cəbrayıl rayonu ərazisindəki tarixi Xudafərin körpüsündə, Zəngilan və Qubadlı rayonlarında olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xudafərin körpüsünə gedən media nümayəndələri həm Azərbaycan memarlığının bu unikal abidəsini, həm də yaxınlıqdakı Xudafərin kəndində erməni vandalizmini lentə alıblar. Məlumat verilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.

Zəngilan rayonuna gələn media nümayəndələri Məmmədbəyli kəndindəki XIV əsrə aid türbə ilə tanış olublar. Məlumat verilib ki, türbənin üzərindəki kitabədə onun hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) Yəhya ibn Məhəmməd əl-Hacın məzarı üzərində tikildiyi bildirilir. Ermənilər abidəni kilsə kimi qələmə versələr də, üzərindəki ərəb əlifbası ilə yazılmış kitabə tikilinin türbə olduğunu sübut edir. Azərbaycanın tarixi abidələrinə qənim kəsilər ermənilər Məmmədbəyli türbəsinin də bir tərəfini dağıdıblar.

Səfər çərçivəsində Qubadlı rayonuna da gələn gürcüstanlı media nümayəndələri burada dağıntıya məruz qalan tarixi tikililər və yaşayış məntəqələri ilə tanış olublar.

Qeyd edək ki, gürcüstanlı media nümayəndələri, həmçinin tarixçi və ekspertlərdən ibarət heyətin işğaldan azad edilmiş ərazilərimizə səfəri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Gürcüstandakı səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə təşkil olunub. Gürcüstan heyətinin tərkibinə “Pirveli TV”, “Mtavari Arkhi”, “Imedi TV”, “POS TV” kanallarının jurnalistləri, tarixçi və ekspert daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video