03 Aprel 2019 00:24
2769
Oxucu məktubları
A- A+

Gözümüz yolda qalıb


Hörmətli redaksiya!

Ötən ilin oktyabr ayında Yasamal rayonunun Ə.Cəmil küçəsindəki 39 nömrəli binanın sakinləri olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdik. Müraciətdə bildirmişdik ki, yaşadığımız binanın həyətindəki qovaq ağacı böyüyüb qol-budaq atdığından küləkli havada, çiskinli günlərdə dam örtüyünü tərpədir, pəncərələrin şüşələrinə çırpılır, yağış sularını evin divarlarına sıçradır və təhlükə yaradır.

Bu müraciətdən sonra nazirliyin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları həyətimizə gəlib ağaca baxmış və faktı təsdiqləmişlər. Təhlükəni aradan qaldırmaq üçün 2018-ci il noyabr ayının 30-da Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşovun imzası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məktub göndərilmişdir. Məktubda ağacın ətraf üçün təhlükə törətdiyi və budanmasının zəruriliyi göstərilmişdir. Bu barədə binanın sakinlərinə də yazılı məlumat verilmişdir.

O vaxtdan sakinlərin gözü yolda qalıb. Nə gələn var, nə də ağacın qol-budaqlarını arıtlayıb təhlükəsiz vəziyyətə gətirən. Görəsən, gözümüz nə vaxtadək yolda qalacaq?

Rəhilə MƏLİKOVA,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video