22:52 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gəncədə “Nizami Gəncəvi ili”nə geniş hazırlıq işləri görülür

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:19 14.01.2021

 

Məlumdur ki, Nizami Gəncəvi ömrü boyu dövrünün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii estetik düşüncə tarixini zənginləşdirən bədii söz sənəti incilərini də məhz burada ərsəyə gətirib.

Bu zəngin irsin öyrənilməsi və təbliği sahəsində ölkəmizdə xeyli işlər görülüb, o cümlədən elmi-bədii məqalələr yazılıb, kitabları mükəmməl tərtibatda və kütləvi tirajla çap edilib, dövlətimizin mədəniyyət və ədəbiyyata olan qayğısı nəticəsində Nizami Gəncəvinin ədəbiyyatda yaddaqalan obrazı yaradılıb.

Bu il dahi şairin anadan olmasının 880 ili tamam olur. Bununla bağlı  Prezident İlham Əliyev 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan etmiş və yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün Nazirlər Kabinetinə tapşırıqlar vermişdir.

Şairin yubileyi Gəncədə də geniş qeyd olunacaq. Şəhər Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev:

- Şərq mədəniyyətinə böyük irs bəxş edən Nizami Gəncəvi yalnız şair kimi qiymətli deyil. Dünya səviyyəli mütəfəkkir, əslində, böyük bir ensiklopediyadır. Məhz bu səbəbdən şairin məqbərəsinin yerləşdiyi ərazi elm, bilik, universitet və kitabxana mərkəzinə çevrilmişdir. “Nizami Gəncəvi ili”ndə kütləvi tədbirlərin həyata keçirilməsi həm mədəniyyət, həm təhsil, həm də turizmin inkişafı baxımından olduqca faydalıdır. Söz yox ki, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi yaradıcılığı ədəbiyyatımıza, poeziyamıza işıq salan Nizami Gəncəvi dühasının irsinin öyrənilməsi və təbliği üçün yeni imkanlar açacaqdır. Odur ki, yubiley ili ilə əlaqədar şəhər icra hakimiyyətində və mədəniyyət idarəsində geniş tədbirlər planı tərtib edilmiş və həmin tədbirlərin mütəşəkkil keçirilməsi üçün təşkilati işlər görülmüşdür.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM