02 Mart 2021 12:43
682
İQTİSADİYYAT
A- A+

Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə bir sıra layihələrin icrasına başlanılıb. Belə layihələrdən biri də Füzuli rayonu ərazisində beynəlxalq hava limanının tikintisidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Füzuli Beynəlxalq Hava Limanının tikintisi” layihəsinə aerovağzal (terminal) binası, 3000x45 metr ölçüdə asfalt-beton örtüklü uçuş-enmə zolağı, perron, yönəldici yol, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, aeronaviqasiya və meteoroloji avadanlıqların quraşdırılması, transformator yarımstansiyalarının tikintisi, köməkçi binalar, qurğular və xarici mühəndis-kommunikasiyalarının inşası (elektrik, qaz, su və rabitə) aiddir.

Əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının tikintisinə başlanılıb.

Tikintini həyata keçirən “AzVirt” MMC şirkətinin mühəndisi Şaiq Qocayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni hər tərəfdə 7,5 metr təhlükəsiz zolağı da daxil olmaqla 60 metrdir. Hazırda minalardan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülü hazırlanır. Bunun üçün torpaq yatağı çıxarılıb, əvəzinə təbii çınqıl materialı verilməklə hamarlanır və kipləşdirilir. Çınqıl işləri başa çatdıqdan sonra asfalt-beton örtüyü salınacaq.

Uçuş-enmə zolağının ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video