21:43 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransa portalında Xocalı soyqırımını tanımağa çağırış edən məqalə dərc olunub
 
ANA SƏHİFƏ / SİYASƏT
17:59 25.02.2021

 

“Atlantico” portalında jurnalist Sebastyan Bussuanın “Xocalı 28 il sonra: Fransa 1992-ci il qırğınını tanıyaraq mövqeyini yenidən tarazlaşdırarsa?” adlı məqaləsi dərc olunub.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın yeni tarixinin ən qaranlıq səhifələrindən birini yaşadığı qeyd edilir.

Bildirilir ki, hər bir müharibə zamanı cinayətlər törədilir, qurbanlar verilir, ancaq beynəlxalq hüquq ən azı sui-istifadələrin qarşısını almalıdır. Ən yaxşı halda müharibə cinayətləri cəzalandırılmalı və günahkarlar mühakimə edilməlidir.

Müəllif Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini məhv etməsindən, münaqişə nəticəsində 800 mindən çox azərbaycanlının məcburi köçkünə çevrilməsindən bəhs edir. Bildirir ki, həmin gecə Xocalıda 613 insan qırıldı. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Ermənistan işğal siyasətini 27 il davam etdirdi, beynəlxalq hüququ pozmağa davam etdi. Halbuki 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı qəbul etdiyi dörd qətnamə ilə Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıyıb.

Vurğulanır ki, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən döyüşlərlə Azərbaycan ona məxsus olanı əldə etdi. Münaqişə başlayandan Fransa açıq şəkildə ermənipərəst mövqe tutmaqla Minsk qrupunun həmsədri olsa da, tarazlığı pozdu.

Niyə Xocalı qətliamı tanınmır? İordaniya, Kolumbiya, İndoneziya, Çexiya kimi bəzi ölkələr, ABŞ-ın bir çox ştatları bu cinayəti qınayaraq, “qırğın”, “kütləvi cinayət”, hətta “soyqırımı” kimi terminlər işlədib. Niyə Fransa bölgədəki nüfuzunun itməsinə səbəb olan “dəvəquşu siyasəti”nə sadiq qalır? Axı, Azərbaycan Avropa Şurasının, Beynəlxalq Frankofoniya Təşkilatının bir hissəsidir, 2014-cü ildə Bakıda Prezident İlham Əliyevin və Prezident Fransua Ollandın iştirakı ilə Fransız liseyinin açılışı olub. Regionda beynəlxalq hüquqa riayət edilməsi üçün Xocalı soyqırımının tanınması təmin edilməlidir. Fransa neytral olaraq azərbaycanlı və erməni icmaları arasında münasibətlərə töhfə verərsə Xocalı qırğını kimi hadisələr bir daha baş verməz.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM