13 Yanvar 2021 17:58
1084
DÜNYA
A- A+

Estoniyanın Baş naziri korrupsiya qalmaqalı fonunda istefa verdi

 

Estoniyanın Baş naziri Yuri Ratas "Porto Franco" daşınmaz əmlak şirkətinə dövlət kreditinin verilməsi ilə əlaqədar korrupsiya qalmaqalı  istefa verdiyini bildirib.

O, Facebookda yazıb: "Siyasətdə mürəkkəb vəziyyətlərin həlli üçün çox çətin seçim etmək lazım gəlir. Bu gün yaranmış vəziyyətdə mən öz dəyərlərimdən irəli gələrək, Estoniya Respublikasının Baş naziri vəzifəsindən istefa verməyi qərara almışam. Bu qərarı Mərkəzçi Partiyanın idarə heyəti və fraksiyası ilə məsləhətləşmələrdən sonra qəbul edilib".

Hökumət başçısı qeyd edib ki, təqdim edilən şübhələr birmənalı olaraq təqsir demək deyil, lakin bütün iştirakçılara kölgə salır.

Ratas əlavə edib ki, onun bəyanatı faktiki olaraq mühafizəkar Xalq Partiyası və Vətən Partiyasının da daxil olduğu hazırkı hakim koalisiyanın sonu deməkdir.

Onun dediyinə görə, hazırda "Mərkəzçi Partiya Estoniya siyasətində həm müxalifətdə, həm də koalisiyada olmaq imkanını nəzərdən keçirir".

Ötən gün Estoniyada hüquq-mühafizə orqanları Mərkəzçi Partiya, partiyanın baş katibi Mixail Korba, maliyyə nazirinin müşaviri Kersti Kraxta, sahibkar Hillar Tederə və daha iki şəxsə şübhə irəli sürüblər. Onlar Porto Franco şirkətinə güzəştli kredit verməkdən şübhəli bilinirlər. Bunun üçün sahibkar siyasətçilərə yerli seçkilər üçün 1 milyon avro məbləğində ianə verməyi öhdəsinə götürmüşdür .

Bundan əvvəl Estoniyanın təhsil naziri Maylis Reps xidməti avtomobillə bağlı qalmaqaldan sonra işdən çıxarılıb. Jurnalistlər nazirin avtomobildən şəxsi məqsədlər üçün istifadə etdiyini öyrəniblər. Nazirliyin sürücüsü müntəzəm olaraq Repsin altı uşağını məktəbə və dərnəklərə aparırmış.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video